Azərbaycanın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında daha bir mükafat qazanıblar.
Prosport.Az xəbər verir ki, qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün 3-cü pilləsində yer alıblar.
Qeyd edək ki, daha əvvəl qadınlardan ibarət komanda bürünc mükafata layiq görülmüşdü.
