Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Onun olmaması bizə təsir edəcək, komandanın dirijoru idi" – "Neftçi"nin baş məşqçisi
    11.11.2025 23:13:57

    "Neftçi" İdman Klubunun basketbol komandası sabah Estoniyanın paytaxtı Tallində FIBA Avropa Kubokunun I qrupunun autsayderi olan "Kalev/Kramo" ilə qarşılaşacaq.

    Prosport.Az-ın Tallinə ezam olunmuş əməkdaşı "Neftçi"nin bu gün Kalev İdman Zalında keçdiyi ilk məşqdən sonra ukraynalı baş məşqçi Vitali Stepanovskidən müsahibə götürüb.

    – Bakıda bu rəqibinizə over-taymda qalib gələ bilmişdiniz. Daha sonra "Abşeron Layns" da "Kalev/Kramo"ya qalib gəldi. Siz bu dəfəki matç barədə nə deyə bilərsiniz?
    – İlk növbədə onu deyə bilərəm ki, "Kalev/Kramo" çox yaxşı komandadır. Bir neçə dəfə Estoniya çempionu olublar. Estoniya millisində oynayan basketbolçuları var. Uzun müddət bir yerdə oynadıqlarından, basketbolçuları bir-birlərini yaxşı başa düşür, necə çıxış etməli olduqlarını bilirlər. Bəli, evdə onları over-taymda çətinliklə məğlub etdik. İndi isə tam gücümüzlə nəticəmizi təkrarlamaq istəyirik. Onların son oyununu analiz etmişik. Bir neçə dəyişiklikləri var. Təəssüf ki, biz də zədədən yan keçməmişik. Əsas heyət üzvümüz Marko Şinik zədə alıb. İndi digər oyunçulardan bu mövqedə necə istifadə edə biləcəyimiz barədə düşünürük. Sabahkı oyuna çox inamlı şəkildə hazırlaşırıq.

    – Marko Şinikin olmaması komandaya nə dərəcədə təsir edə bilər?
    – Təbii ki, oyunun təşkilində onun olmaması bizə təsir edəcək. Çünki o, komandanın dirijoru rolunda çıxış edirdi.

    – "Sabah"la Azərbaycan Basketbol Liqasındakı son turun oyununu təxirə salmaq üçün federasiyaya müraciət etmişdiniz?
    – Avrokuboklarda çıxış edən komandanın həftədə 2 oyun keçirməsi normal haldır. Əgər avrokuboklarda çıxış edirsənsə, çərşənbə günü oyuna çıxmalısan, şənbə-bazar isə çempionat matçı keçirməlisən. Bütün komandalar belə oynayır. Tək biz yox...

    – Ancaq məhz həmin matçda əsas komandanın oyunçuları çıxış etdiyindən, Şiniki itirdiniz...
    – Zədədən heç kim sığortalanmayıb. Belə zədəni məşq zamanı da, oyun zamanı da almaq olar. Marko zədəni kontaktsız vəziyyətdə aldı və cəmi 7 dəqiqə oynaya bildi. İrəliyə baxırıq. Ona isə tez sağalmağı və sıralarımıza tezliklə qayıtmağı arzulayırıq.

    – Əsas heyəti "Sabah"la avrokubok matçı öncəsi buraxmağınızdan belə başa düşmək olar ki, siz tək avrokuboklara yox, həm də çempionata önəm verirsiniz. 2 cəbhədə mübarizə aparmaq çətin deyil?
    – Sözsüz, biz hər iki turnirə çox önəm veririk. Hər oyuna sonuncu matç kimi yanaşırıq. Asan oyun olmur. "Sabah"la matça da qələbə üçün çıxmışdıq.

    Səbuhi Musa
    Tallin

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved