Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    12 dəfə dünya çempionu olan idmançımız niyə Parisdə uduzdu? – "Əsəbləşmişdim"
    11.11.2025 09:23:22

    Fransanın paytaxtı Parisdə veteranlar arasında dünya çempionatında Fərhad Rəcəblinin 13-cü dəfə qızıl medal qazana bilməməsi təəccüblə qarşılandı. Onun finalda almaniyalı Volfqanq Hintalaytnaya ipponla uduzması nəticədə gümüş medalla kifayətlənməsinə səbəb oldu.

    Prosport.Az təcrübəli veteran idmançıdan bunun səbəbləri barədə soruşub. 

    – Fransada veteranlar arasında dünya çempionatının gümüş medalı ilə kifayətləndiniz. Çıxışınızı necə qiymətləndirirsiniz?
    – Əlbəttə ki, qalib gəlmək istəyirdim. Sadəcə olaraq, məndə səhv oldu. 1 səhv etdim, rəqib də o səhvimdən istifadə etdi. Nəticədə osae-komiyə düşdüm, məğlub oldum. Normal qəbul edirəm. Qələbə Allahdandır, verən də odur, alan da. Düzdür, hər dəfə o rəqibə qalib gəlmişəm. 2 dəfə ipponla qalib gəlmişəm, 1 dəfə isə heç-heçə bitmişdi, hakimlərin rəyi ilə qalib elan olunmuşam. Amma yenə də ağır rəqibdir.

    – 8 dəfə ardıcıl olmaqla 12 dəfə dünya çempionu olmusunuz. Bu dəfə nə maneə oldu? Məğlubiyyətin əsas səbəbləri nədir?
    – Bu səfər ilk dəfədir ki, yarışın reqlamentini dəyişiblər. Normalda bizim yaş qrupları – 60 yaşdan yuxarı güləşənlər yarışın ilk günü tatami üzərinə çıxırdı. Bu dəfə dəyişiblər. Gənclərdən başlayıblar. Bizi sonuncu günə saxladılar. Mən də həm də komandanın baş məşqçisiyəm. Komanda ilə 3 gün məşğul oldum, 1 gün də qeydiyyat məsələləri ilə. Sonra uşaqların bəziləri gec gəldilər, qeydiyyat da bitirdi. Açığı, mən də bir qədər əsəbləşdim. Əsas çox yorğun oldum. Hər gün bu işlə əlaqəli 14-15 km piyada gəzirdim. 4 gün çox yoruldum. Bu cəhətdən ağır oldu. Normalda isə mən ilk gün özüm döyüşürdüm, çempion olurdum, sonra da artıq komanda ilə məşğul olurdum. Amma bu dəfə təsir etdi. Artıq ilk görüşdən yorğun idim.

    – Komandanın ümumi çıxışını necə dəyərləndirirsiniz? Turniri 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurdunuz...
    – Açığı, komandamızın nəticəsindən razı deyiləm. Yəqin siz də müşahidə etmisiniz ki, hər dəfə bizdə 4-5 nəfər çempion olurdu. Bu dəfə cəmi 2 nəfər çempion oldu. Əlbəttə, bunun səbəbləri var. Bunun ən əsas səbəbi odur ki, əvvəllər komandamız birgə məşq edirdi. İndi isə o şərait bizdə yoxdur. Biz əvvəl Sumqayıtda qrup şəklində məşq edirdik. Düzdür, orada da şəraitsizlik var. İndi isə Bakının 3 yerində 4-5 nəfərlik qruplarla məşq edirik. Ayrı-ayrı hazırlıq gedir. Medalların az olmasının səbəblərindən biri budur. Bunun da səbəbkarları var.

    – Növbəti hədəfləriniz barədə nə deyə bilərsiniz?
    – İnşallah, məşqlərimiz davam edəcək. Mən özüm də məşqlərimə davam edəcəyəm. Gələn il iyunda, yenə Fransada bu dəfə Avropa çempionatı olacaq. Dünya çempionatının dəqiq tarixi və yeri təyin olunmayıb. Bundan savayı veteranlar arasında çoxlu turnirlər var. Amma təəssüf ki, biz o turnirlərdə iştirak edə bilmirik. Çünki uşaqlar maddi cəhətdən çətinlik çəkir. Bu gün də Avropa və dünya çempionatlarına uşaqlar özləri pul toplayıb gəlib. Ona görə belə problemlər var. Fransanın veteran cüdoçularına yəqin diqqət elədiniz. Hər 3-ündən 1-i, hətta daha çoxu fransalı veteranlar idi. Ona görə nəticələri də var. Amma bizdə veteran idmanına diqqət azdır. Motivasiya yoxdur. Ona görə də nəticələr aşağı düşür.

    – 34 idmançı ilə qatılmışdınız. Ağır çəkidə İmran İmanov işi ilə əlaqədar icazə ala bilməmişdi. Amma yarış günü məlum oldu ki, daha 2 idmançımız yarışmayıb. Səbəb nə idi?
    – Hamı təyyarə bileti və vizanı özü alır deyə, problemlər oldu. 90 və 100 kq çəkidə idmançılarımız iştirak edə bilmədi. Daha doğrusu, onlardan 1-i Parisə gəldi, ancaq gecikdiyi üçün güləşə bilmədi, yalnız tamaşa etdi.

    Mahmud

    Cüdo

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    Cüdo

    Cüdo yığmamız Avropa çempionatına 2 "qızıl"la başladı - YENİLƏNİB

    3.09.2026 20:42:40
    Cüdo

    Avropa çempionatı: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

    2.09.2026 21:29:24
    Cüdo

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    Cüdo

    Cüdo yığmamız Polşada 11 medal qazandı

    31.08.2026 18:07:08
    Cüdo

    Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək - ADLAR

    31.08.2026 13:11:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved