Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Maksim Medvedev kimi azərbaycanlıyam" – Ruslan Voronsov
    9.11.2025 10:05:59

    I Liqanın bombardirlər cədvəlində yer alan, sentyabr ayında ən yaxşı qolun müəllifi seçilmiş, "Şahdağ Qusar"ın hücumçusu Ruslan Voronsovun Prosport.Az saytına müsahibəsi

    – Ötən tur rəqib autsayder "Şimal" olsa da, 2 dəfə matçda önə keçib sizə çətinlik yaratdı. Şimal derbisi haqda nə deyə bilərsiniz?
    – I Liqada autsayder və lider anlayışı yoxdur. Hamı bir-birinə rəqibdir, bir-birinə qarşı yaxşı köklənə bilir. Oyuna yaxşı hazırlaşmışdıq. Amma ilk 15 dəqiqəni yaxşı keçirə bilmədik. Sonradan bir az toparlandıq. 2-ci hissədə 1 qol da buraxdıq. Ancaq Allaha şükür ki, əzmkar oynayıb qələbə qazana bildik.

    – İlk 2 turda qol vurduqdan sonra dayanmışdınız. 41-ci dəqiqədə özünüz də "qol orucu"nuzu pozdunuz...
    – Bəli, 4 oyundur ki, qol vura bilmirdim. Ayağım açıldı. İnşallah, bundan sonra qol vurmağa davam edib komandaya daha çox xeyir verərəm.

    – Ümumiyyətlə, bombardirlər cədvəlində 4 qolla 2-ci sıradasınız. Fərdi planda bombardir olmaq kimi xüsusi niyyətiniz var?
    – İnşallah ki, mən də bunu etmək niyyətindəyəm. Nə qədər mümkündürsə, qol vurub bombardirlər cədvəlində irəliləmək istəyirəm.

    – Sentyabrda MOİK-ə vurduğunuz qola görə ayın qolu nominasiyasında mükafatlandırıldınız. Bu mükafata layiq görüləcəyinizi gözləyirdiniz?
    – Həmin ay çox yaxşı qollar vurulmuşdu. Vurduğum qolun ən yaxşı seçiləcəyini gözləmirdim. Sağ olsunlar ki, mənim qolum ən yaxşı seçildi. Mənim üçün sürpriz oldu. Bu qolu seçən münsiflər heyətinə təşəkkürümü bildirirəm.

    – Ötən mövsüm "Qəbələ"də çıxış edirdiniz. "Qəbələ" Premyer Liqaya çıxsa da, sizə ehtiyac olmadı. Bu sizə pis təsir etmədi?
    – Açıq danışaq. Bu hər bir futbolçuya pis təsir edər. Müqaviləm 1+1 illik idi. Hər bir futbolçu əziyyət çəkib komandaya kömək edibsə, Premyer Liqada çıxış etmək istəyər. Ən azından mənə şans verə bilərdilər.

    – Ümumiyyətlə, Premyer Liqada çıxış etmək hələ sizə qismət olmayıb...
    – Bəli. Buna çox yaxın idim, amma alınmadı. İnşallah, alınar.

    – Çox adam bilmir ki, bacınız Tatyana da güləşçi olub. Bu haqda da danışardınız...
    – O, Rusiyada I MDB Oyunlarının, həmçinin gənclər arasında Avropa çempionatının medalçısı olub. Amma indi güləşmir.

    – Bəs başqa ailədə idmançı var?
    – Yox, elə ikimizik (gülür).

    – Mingəçevir futbol məktəbinin yetirməsisiniz. Soyadınıza və milliyyətiniz də aydınlıq gətirərdiniz...
    – Anam rus, atam azərbaycanlıdır. Ancaq Mingəçevirdə doğulub, boya başa çatmışam. Maksim Medvedev kimi azərbaycanlıyam (gülür).

    – 4 turdur ki, paytaxtdan yığışıb Şamaxı və ya Ağsuya gedirsiniz. Hələ növbəti 2 turda da Zaqatala və Şamaxıda oyunlarınız var. Bu səfərlər komandaya pis təsir etmir?
    – Qusarda öz meydançamızın olmaması komandaya pis təsir edir. Hər oyunu səfərdə keçiririk. Ev stadionu kimi Şamaxı Olimpiya Mərkəzinin stadionu göstərilsə də, Bakıdan saatyarımlıq məsafə də adamı yorur. Öz meydançamız olsaydı, azarkeş dəstəyi də görərdik. Hər tur səfərə çıxmaq çox ağırdır.

    Səbuhi Musa

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın futbolçusu baxdı, "Qarabağ"ın qapıçısı sevindi

    6.10.2026 13:46:37

    "Yorğun olsam da, yorğun deyiləm" - Marko Yankoviç

    6.10.2026 13:16:54

    Azərbaycanlı futbolçu virusa yoluxdu

    6.10.2026 12:54:32

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved