Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan millisi daha 2 medal qazanıb.
Prosport.Az xəbər verir ki, M5 yaş kateqoriyasında Mövlud Mirəliyev (100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
O, finalda braziliyalı Joau Santuşu məğlub edərək 3-cü dəfə dünya çempionu titulunu əldə edib.
M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (100 kq) isə bürünc mükafata yiyələnib. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.
Hazırda hesabında 1 qızıl və 4 bürünc medal olan yığma 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, 66 kq) və Zaur Bağırov (M4, +100 kq) mundialın bürünc medalını qazanıblar.
