Bu gün 3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində mübarizəyə başlayır.
Prosport.Az-ın məlumatına görə, "ağ-qaralar" C qrupunda ilk olaraq Fransa millisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:35-də başlayacaq.
Paytaxt təmsilçisi 2-ci görüşündə Polşa seçməsini sınağa çəkəcək. Bu oyun saat 23:20-də start götürəcək.
Qruplarda ilk 2 yeri tutan komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

