Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Nə olsun ki, dünya çempionudur, söz vermişdim ki, ona qalib gələcəyəm" – Moldovada tarix yazan cüdoçumuz
    4.11.2025 12:42:30

    Moldovanın paytaxtı Kişinyovda keçirilmiş cüdo üzrə 23 yaşadək (U-23) Avropa çempionatı Azərbaycan üçün uğurlu keçdi. Azərbaycan 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmala medal sıralamasında Gürcüstandan sonra 2-ci oldu.

    Lakin ən sevindirici məqam +100 kq çəki dərəcəsində Kənan Nəsibovun çempion olması oldu. O, finalda polşalı Yakub Sordıla qalib gəlməklə ağır çəkidə Avropa çempionu olan ilk Azərbaycan cüdoçusu kimi adını tarixə yazdırdı.

    Prosport.Az bu münasibətlə 21 yaşlı cüdoçudan müsahibə götürüb:

    – Qitə miqyaslı turnirlərdə ilk qızıl medalınızı qazandınız. Hansı hissləri keçirirsiniz?
    – Çox sevincliyəm. Mənim arzularımdan biri də Avropa çempionu olmaq idi. Avropa çempionatının mənim üçün başqa özəlliyi var idi. Bu günə qədər Avropa çempionatında ağır çəkidə qızıl medalımız olmayıb. Ümumiyyətlə, heç bürünc medal da qazanmamışdıq. Ona görə də Avropa çempionu olmağı çox istəyirdim. İnşallah gələn yarışlarda tam özümü hazırlayıb qalib olmaq fikrindəyəm.

    – Yarımfinalda gənclər arasında dünya və Avropa çempionu olmuş Şalva Qureşidze üzərində qələbə qazandınız. Təcrübəli və titullu rəqiblə görüş çətun olmadı?
    – O, çox güclü idmançıdır. Mən bu görüşdən bir gün əvvəl hiss edirdim ki, onunla görüşəcəyəm və düşündüyüm kimi də oldu. Bir gün əvvəldən hazırlaşdım və özümə söz verdim ki, ona qalib gəlməliyəm. Nə olsun ki, dünya və Avropa çempionudur. Özümə çox inanırdım ki, ona qalib gələcəyəm. Düzdür, hakimlər bir qədər cığallıq etdi. Mən ilk dəfə fənd tətbiq edəndə yuko xalımı vermədilər. Yalnız 2-ci dəfədən sonra verdilər. Şükürlər olsun ki, ona qalib gəldim. Özümə yarış günü çox inanırdım.

    – Siz ağır çəkidə Avropa çempionatında qalib gələn ilk azərbaycanlı cüdoçu oldunuz. Sizcə, bu günə qədər Azərbaycan cüdo məktəbinin ağır çəkidə çempion yetişdirə bilməməsinin səbəbləri nədir?
    – Düzü, bunun səbəblərini özüm də bilmirəm. Mən özümü nümunə göstərərək deyə bilərəm ki, “Kanokan-TT” idman klubunun yetirməsiyəm. Məşqçim Mehdi Canəliyev və Tərlan Həsənovdur. Buna baxmayaraq, Elxan Məmmədov da şəxsi məşqçim kimidir. Bunu daha yaxşı məşqçilər deyə bilər ki, niyə ağır çəkidə çempionlar yetişməyib.

    – Los Anceles Olimpiadasına 3 ildən də az bir zaman qalıb. Dünya reytinq cədvəlində top-35-də 3 cüdoçumuz var: son 3 Olimpiadada çıxış etmiş təcrübəli Uşanqi Kokauri, Camal Həmzətxanov və siz. Olimpiada hədəfləriniz barədə nə deyə bilərsiniz?
    – Əlbəttə, hədəfim Olimpiadada çıxış etməkdir və turnirin qalibi olmaqdır. Düzdür, Uşanqi Kokauri və Camal Həmzətxanov da perspektivli və təcrübəli idmançılardır. Hələ ki reytinq cədvəlində məndən qabaqdadırlar. Hədəfim onları arxada qoyub, Top-10-da qərarlaşmaqdır. Bunu zaman göstərər. Güclü olan qalib gəlsin.

    Mahmud

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved