Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda qızlardan ibarət millimizin ilk oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz qrupun ilk oyununda yerli Andorra seçməsini 64:50 hesabı ilə məğlub edərək Avropa çempionatına qələbə ilə start verib.
Qızlardan ibarət millimizin qrupdakı 2-ci oyunu Moldova yığmasına qarşı olacaq. Oyun sabah Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq və FIBA -nın rəsmi "Youtube" hesabından canlı olaraq yayımlanacaq

