Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "İlk dəfə idi ki, atamla bir-birimizə rəqib olduq" - NTD-nin basketbolçusu
    30.10.2025 11:05:07

    NTD komandasının basketbolçusu Derin Berköz klubun mətbuat xidmətinə müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    – “Neftçi”yə qarşı oyuna hazırlıqlar necə gedir?
    – “Neftçi” FIBA Avropa Kubokunda çıxış edən, çox geniş və güclü heyətə malik bir komandadır. Amma biz də qalibiyyət üçün çıxacağıq. Oyuna çox yaxşı hazırlaşırıq.

    – Ötən turda NTD “Şəki” komandasına məğlub oldu. Bu oyun sizin üçün xüsusi əhəmiyyət daşıyırdı? Çünki rəqib komandanın baş məşqçisi atanızdır...
    – Bəli, bu oyun mənim üçün xüsusi məna daşıyırdı. Aşağı yaş qruplarında o, mənim məşqçim olmuşdu, birlikdə çalışmışıq. Amma ilk dəfə idi ki, bir-birimizə rəqib olduq. Peşəkar idmanda bu normaldır – gələcəkdə də dəfələrlə rəqib ola bilərik. Bəlkə bir gün eyni komandada da ola bilərik.

    – NTD mövsümə uğurlu başlaya bilmədi. Səbəbləri nədə görürsünüz? 
    – NTD Azərbaycan basketbolunun ən köklü komandalarından biridir. Bəli, mövsümə istədiyimiz kimi başlamadıq, amma artıq komandaya yeni transferlər edildi. Əminəm ki, çatışmazlıqlarımızı aradan qaldırıb daha yaxşı nəticələr əldə edəcəyik.

    – Komandaya və Azərbaycan Basketbol Liqasına uyğunlaşma prosesiniz necə gedir? Liqanın səviyyəsini necə qiymətləndirirsiniz?
    – Düzünü desəm, bu mənim ilk peşəkar təcrübəmdir. Daha əvvəl Türkiyədə BGL (Basketbol Gənclər Ligi) səviyyəsində və Azərbaycan gənclər millisində Avropa çempionatlarında çıxış etmişəm. Amma burada legioner oyunçulara qarşı oynamaq mənim üçün çox böyük təcrübədir. Buraya gəlməzdən əvvəl NCAA-dan da təkliflər almışdım, lakin xüsusilə A qrupunda avrokuboklarda çıxış edən güclü oyunçulara qarşı oynamaq və özümü inkişaf etdirmək mənə daha cəlbedici gəldi. Mənə inanan, inkişaf etməyim üçün şərait yaradan baş məşqçimiz Tahir müəllimə, NTD klubuna və göstərdikləri dəstəyə görə Azərbaycan Basketbol Federasiyasına təşəkkür edirəm. Hazırda burada çox xoşbəxtəm və təhsilimi də buradakı universitetdə davam etdirirəm.

    Voleybol

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06
    Basketbol

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Top oyunları

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Basketbol

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Top oyunları

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10
    Top oyunları

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved