Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq" - IJF
    27.10.2025 18:47:01

    Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytında Azərbaycanın gələn il cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub. 

    Prosport.Az həmin yazını təqdim edir:

    "Azərbaycanın paytaxtı Bakı 2026-cı il cüdo üzrə dünya çempionatını qarşılamaya hazırlaşır. Mötəbər yarış 4–11 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.

    Mundial hər il dünyanın ən güclü cüdoçularını bir araya gətirir: on dörd çəki dərəcəsində fərdi mübarizə aparılır, proqramın ən çox gözlənilən hissələrindən biri olan qarışıq komanda yarışı isə turnirə xüsusi rəng qatır.

    2025-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatından sonra daha bir böyük cüdo mərkəzi – Bakı – dünyanın diqqət mərkəzində olacaq. Dünya səviyyəli cüdoçular yetişdirməsi ilə tanınan Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq. Bakı son olaraq 2018-ci ilin sentyabrında bu yarışa ev sahibliyi etmiş, həmin turnir möhtəşəm ab-havası və yüksək səviyyəli çıxışlarla yadda qalmışdı.

    Dünya çempionatı Beynəlxalq Cüdo Federasiyasının (IJF) flaqman tədbiridir və mövsümün zirvəsini təşkil edir. Yarış idmançılara dəyərli dünya reytinq xalları toplamaq, ən güclülərlə üz-üzə gələrək özlərini sınamaq və Los-Anceles 2028 Yay Olimpiya Oyunlarına aparan yolda əsas mövqelərini möhkəmləndirmək imkanı verir. Şübhəsiz ki, bu, ilin ən vacib idman hadisələrindən biridir.

    Ev sahibliyinin açıqlanması ilə bağlı IJF-in prezidenti cənab Marius Vizer bunları deyib: “Gələn il dünya çempionatının Bakıda keçiriləcəyindən çox məmnunuq. Bu seçim həm tatamidə, həm də təşkilati baxımdan ən yüksək səviyyəyə zəmanət verir. Azərbaycan illərdir idman mükəmməlliyini nümayiş etdirir. Buna misal olaraq, Paris-2024-də qazanılan iki Olimpiya çempionluğu və hər il keçirilən Bakı Böyük Dəbilqə turnirinin nümunəvi təşkilatçılığını göstərmək olar. Bakıdakı dünya çempionatı yenə cüdonu daha uca zirvələrə daşıyan əsl qlobal bayrama çevriləcək”.

    Azərbaycan Cüdo Federasiyasının prezidenti cənab Rəşad Nəbiyev də fikirlərini bölüşüb: “Bakının növbəti dəfə dünya çempionatına ev sahibliyi etməsi bizi qürurlandırır və dərin minnətdarlıq hissi yaradır. Bu tədbir ölkəmizin cüdodakı güclü ənənələrini, eləcə də bu idmanın təmsil etdiyi dəyərlərə — hörmət, intizam və dostluğa — sadiqliyimizi simvolizə edir. Dünyanın ən güclü cüdoçularını Azərbaycanda qarşılamaq gənclərimiz üçün böyük ilham mənbəyi olacaq və milli cüdo hərəkatımızın əsasını daha da möhkəmləndirəcək. Qlobal cüdo ailəsini Bakıda görməyi səbirsizliklə gözləyirik. Əminik ki, bu dünya çempionatı həm idmançılarımız, həm də cəmiyyətimiz üçün davamlı irs qoyacaq”.

    Cənab Nəbiyev əlavə edib ki, dünya çempionatı Azərbaycanda cüdonun inkişafı üçün əhəmiyyətli fürsətdir. Onun sözlərinə görə, belə nüfuzlu turnir idmançıları, məşqçiləri və gənc cüdoçuları yeni zirvələrə doğru motivasiya edəcək.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana, xüsusilə cüdonun inkişafına göstərdiyi diqqət və qayğı bu prosesdə həlledici rol oynayır. Dövlət başçısının həm böyüklər, həm də gənclər yaş qruplarındakı cüdoçularımızı yaxından tanıması və onların nəticələrinə dərindən bələd olması liderlik baxımından unikal nümunədir, cüdo ictimaiyyətində məsuliyyət və motivasiya hissini gücləndirir. Prezident İlham Əliyev cüdonu ali prinsiplərə söykənən, cəmiyyət üçün yüksək tərbiyəvi dəyərə malik idman növü hesab edir. Onun fikrincə, cüdo gənclərin sosial və peşəkar inteqrasiyası baxımından real motivasiya mənbəyidir.

    Hər il dünya çempionatı minlərlə azarkeşi arenalara  cəlb edir, dünyanın dörd bir yanında milyonlarla tamaşaçı yarışları IJF platformalarında və televiziya vasitəsilə canlı izləyir. Bu çempionatlar ilhamverici hekayələrin şahidi olmaq, cüdonun ruhunu və dəyərlərini bayram etmək üçün unikal fürsətdir.

    Ev sahibi Azərbaycan üçün bu yarış həm də ölkə daxilində cüdonun təbliği, yeni nəsil idmançıların ilhamlandırılması və qalıcı idman dəyərlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

    Bakı-2026 sadəcə bir yarış deyil, cüdonun birlik, dostluq və sülhü təşviq edən gücünün bayramı olacaq".

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved