Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "İdarə Heyəti artıq formalaşıb" – "Xarı Bülbül"ün təsisçisi
    18.07.2023 09:57:45

    Azərbaycanın kişi voleybolunu bu il "Xarı Bülbül" komandası avrokuboklarda təmsil edəcək. Sabah Lüksemburqda keçiriləcək püşkatmada rəqiblər arasında "Qalatasaray" (Türkiyə), "Styaua" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Panatinaikos" (Yunanıstan) kimi rəqiblər var.

    Prosport.Az saytı klubun təsisçisi və komandanın kapitanı İlqar İmamquliyevdən müsahibə götürüb.

    – İyulun 16-da Azərbaycan Voleybol Federasiyasının keçirdiyi hesabat konfransında Hacı Nuran Hüseynovun "Xarı Bülbül"ə prezident seçildiyini elan etdiniz. Necə oldu ki, onun prezident olmasına qərar verdiniz?
    – Hacı Nuranın geyimlərindən, təbliğatından da görürsünüz ki, o, dövlətçiliyə, milliliyə üstünlük verən şəxsdir. Bu komandanı yaradanda əsas məqsəd kommersiya maraqları olmayıb. Ötən il də komandanı öz gücümüzə saxlamışıq. Yeri gəlmişkən, ötən il komandaya prezidentlik etmiş Fatimə Hacıyevaya təşəkkür etmək istəyirəm. Ancaq öz işləri ilə əlaqədar idman sahəsində fəaliyyəti çətinləşmişdi. Ona görə də yeni klub prezidentinin elə şəxs olmasını istədik ki, onun fəaliyyəti həm "Xarı Bülbül" adına, həm də Şuşa adına uyğun gəlsin. Səmimi deyirəm, Hacı Nuranın bura cəlb edilməsində marketinq məsələsi önəm daşımayıb. Onun adını klub daxilində də müzakirə etdik. Özünüz bilirsiniz ki, klub prezidentləri təyin edilmir, seçilir. Hazırda Hacı Nuran da bizim bir nömrəli seçimimiz olub.

    – Prezident var, bəs vitse-prezidentlər də olacaq?
    – İdarə Heyəti artıq formalaşıb. İnşallah, Çelenc Kubokunun püşkatmasından sonra bunu açıqlayacağıq. İstəyirik ki, "Xarı Bülbül" ətrafında olan insanlar idman fəaliyyətlərinə görə bu ada layiq olsunlar. Həmin şəxslər fərqli-fərqli sahələrdəndir. Ətrafımızda olan həmin şəxslərin klubumuza böyük fayda verəcəyinə inanıram.

    – Artıq Lüksemburqa yola düşürsünüz. Sabah keçiriləcək püşkatma zamanı hansı rəqibin olmasını arzulayırsınız?
    – "Xarı Bülbül" Şuşanı beynəlxalq idmanda ilk təmsil edən klub olacaq. Bu bizim dövlətimizin tarixində bir ilkdir. Önəmli olan bu adı Avropaya eşitdirməkdir. Təbii ki, Avropa nəhəngləri ilə qarşılaşmaq çətin olacaq. Ancaq hardansa başlamaq lazımdır. Bizim böyük avrokubok təcrübəmiz var. Əvvəllər "Rabitə", "Azərreyl" və "Azəryol" kimi komandalarla avrokuboklarda uğurlu çıxış etmişik. Özüm "Rabitə"də idman direktoru/menecerlik etmişəm.

    – Baş məşqçi postunda Ziya Rəcəbov qalırmı?
    – Bəli, hazırda bizim baş məşqçimiz odur. Baxmayaraq ki, onun İndoneziyadan təklifi vardı, Ziya Rəcəbov bizimlə davam etməyə qərar verdi.

    – Kluba sponsorların cəlb edilməsi barədə nə deyə bilərsiniz?
    – Klubun adı artıq bir brenddir. Təbii ki, burada marketinq işləri də həyata keçiriləcək. Əslində hazırda həm yerli, həm də xarici bazardan olan şirkətlərlə danışıqlar gedir. Əfsuslar olsun ki, marketinqlə bağlı şərait ölkəmizdə kifayət qədər münbit deyil. Bununla bağlı çox çətinlik yaşayırıq. Amma hazırda danışıq apardığımız şirkətlər böyük adlardır. Əl-ələ verib, bu klubu inkişaf etdirəcəyik.

    Səbuhi Musa

    Top oyunları

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Top oyunları

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Basketbol

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Voleybol

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10
    Top oyunları

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    Basketbol

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved