Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yenidən futbol oynamaq fikrim var" – "Şahdağ Qusar"ın yeni prezidenti
    23.10.2025 11:50:49

    "Şahdağ Qusar"ın prezidenti Rahid Əmirquliyevin Prosport.Az saytına müsahibəsi

    – Əvvəlcə ondan başlayaq ki, Ağsu səfərində rəqib autsayderlərdən olsa da, sizə çətin anlar yaşatdı...
    – Uşaqlar yaxşı mübarizə apardı. "Difai" autsayderlərdən biri olsa da, bizim də vəziyyətimiz ürəkaçan deyil. Düzdür, uşaqlar əllərindən gələni edir. Bildiyiniz kimi, bizdə problemlər çox idi. Bu problemlər hələ də davam edir. Buna baxmayaraq, uşaqlara təşəkkür düşür ki, "Şahdağ"ın adını yüksəkdə tuturlar. Oyuna gəlincə, düşünürəm ki, bizim komanda ilk hissədə çox yaxşı oynadı. Qol şanslarımız çox oldu. Onlardan istifadə etsəydik, hesab daha da böyük olardı. Düzdür, 2-ci hissədə "Difai" bizə çətinliklər yaşatdı. Ancaq sonda şükürlər olsun ki, 3 xalı qazana bildik.

    – "Şahdağ Qusar"a prezident təyin olunduqdan sonra sizi meydanda görmürük. Oynayan prezident olmayacaqsınız?
    – Dizimdən əməliyyat olunmuşam. Oynamamağımın prezident olmağımla əlaqəsi yoxdur. Məşqlərə təzə başlamışam. Yenidən oynamaq fikrim var. Düzdür, belə baxıram ki, mənə ehtiyac yoxdur. Maşallah, uşaqlar yaxşı oynayır (gülür).

    – Meydançaya qayıdışınız nə vaxta gözlənilir?
    – Açığı, 4-5 gün idi ki, meydançada qaçmağa başlamışam. Yəqin uzağı 3 həftəyə tam hazır olaram.

    – Futbolun İnkişafı Fondu vasitəsilə kluba sponsorlar cəlb olundu. Ancaq onlar da deyəsən böyük məbləğ ayırmırlar...
    – 2 sponsorumuz var. Sahibkarlardır, dəstək olurlar. Qusarda fəaliyyət göstərən ISFA və "İsmixanlı" şirkətləri sponsorlarımızdır. Hər iki şirkət maliyyə baxımdan bizə dəstək verir. Amma onlar da daimi sponsor deyil. Sadəcə, öz tərəflərindən dəstək verirlər. Buna da şükür edirik. Ancaq yenə də gözləyirik. Bəzi sahibkarlar var ki, söz verib, dəstək olacaqlar.

    – Bəzi sponsorlar həm də klubda rəhbər olmaq istəyir. Siz bu baxımdan prezidentliyi təhvil verməyə hazırsınız?
    – Komandanı himayəsinə götürəcəksə, heç bir problem yoxdur. İstəyirəm ki, "Şahdağ Qusar" yaşasın, Premyer Liqaya qatılsın. Ancaq hələ ki komandanı tam üzərinə götürmək istəyən adam yoxdur.

    – Premyer Liqaya çıxmağa əsas namizədlər kimi "Şəfa" və "Səbail" göstərilir. Bəs sizdə bu mövsüm hədəf nədir? Bu mövsüm I Liqada debütantsınız, burada yeri qorumaq da hədəfdə var? 
    – Ötən mövsüm fikirlərimiz başqa idi. Fikirləşirdik ki, bu mövsüm bizim üçün yaxşı olacaq. Müəyyən problemlərə görə bu il çempionatı turnir cədvəlinin ortalarında bitirməyi hədəf qoymuşuq. Ən pis vəziyyətdə I Liqada qalmalıyıq. İndiki vəziyyətdə biz çempionluqdan danışa bilmərik. Vəziyyətimiz o deyil.

    – Qardaşınız oğlu Rail Əmirquliyev də ehtiyatda idi. O, III turda "Səbail"lə səfər matçında debüt etdi. Onun çıxışı barədə nə deyə bilərsiniz?
    – 19 yaşı var, yarımmüdafiəçidir. Əvvəl "Sabah", "Səbail" və "Araz-Naxçıvan" akademiyalarında olub. Bizdə də gənclər çoxdur. Baş məşqçi Elnur Abdullayevlə məsləhətləşib, onu komandaya gətirdik. İndi zədəlidir, az oynayır. Ümid edirəm ki, o da özünü göstərə biləcək.

    – Sizin nəsil futbolçular nəslidir. Oğlunuz da "Qarabağ" Akademiyasındadır...
    – Düzdür. Qardaşım da futbol oynayıb. "Şahdağ"da, "Kəpəz"də çıxış edib. Görək, sonacan bizim yolla gedəcəklər, yoxsa yox...

    Səbuhi Musa

    Futbol

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07
    Futbol

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20
    Futbol

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57
    Futbol

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26
    Futbol

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05
    Futbol

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved