Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Finalda Auqustoya sürpriz etdim" - Balabəy Ağayev
    22.10.2025 17:48:56

    Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pridə qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    - Siz təkcə qalib gəlmədiniz, turnirdə bütün görüşləri vaxtından əvvəl qazandınız. Bunu necə bacardınız?

    - Öz döyüşümün keyfiyyətindən zövq aldım. Özümə inanırdım ki, çempion ola bilərəm, çünki hazırlığım çox yaxşı idi. Bundan əvvəl Braziliyada 2 həftəlik təlim-məşq toplanışı keçmişdik və bu, mənə çox kömək etdi. Qvadalaxarada səylə mübarizə apardım və bu qələbəyə layiq idim.

    - Finaldakı rəqibiniz Mitçel Auqustoyla Braziliya toplanışında birgə sparrinqlər keçmisiniz. Bu, sizə braziliyalını məğlub etməkdə kömək etdimi?

    - Gün ərzində bir neçə dəfə bir-birimizlə qarşılaşırdıq. Onun mənimlə, mənim də onunla güləşməyim bir qədər çətin idi. Amma buna baxmayaraq, Qran-prinin finalında Auqustoya qalib gəlməyi bacardım.

    - Yəni, siz braziliyalının elə bir “sirr"ini tapmışdınız ki, məşqlərdə ondan gizlətmişdiniz?

    - O, mənim soldan həyata keçirdiyim əks-hücumu gözləmirdi. Yəqin düşünürdü ki, məşqlərdə istifadə etdiyim klassik tutuşları tətbiq edəcəyəm, amma mən Auqustoya sürpriz etdim.

    - Deməli, belə tərzdə qalib gəlməyin, yəni, gözəl qələbənin ayrıca bir zövqü var?

    - Bu, möhtəşəm hissdir. Cüdoda yeniliklər tətbiq edirsən, onlar nəticə verir və bundan zövq alırsan. Belə uğurun dadı ikiqat şirin olur. Qarşıdakı yarışlarda da mübarizə tərzimə bu cür elementlər əlavə etməyə çalışacağam, yeni taktiki həllər üzərində işləyəcəyəm.

    - Qvadalaxaradakı çıxışla Azərbaycan komandası Amerika qitəsindəki turunu başa vurdu. Demək olarmı ki, uyğunlaşma uğurlu keçdi?

    - Mən Limadakı Qran-prini buraxdım və yalnız Meksikada çıxış etdim. Bakı ilə saat fərqi çox olduğuna görə çıxış etmək bir qədər çətin idi. Final görüşlərinə çıxanda, Bakıda artıq gecə yarısı idi. Amma belə şəraitdə qalib gəlmək daha xoş oldu, yarışın atmosferi mənə çox xoş təsir bağışladı.

    - Qələbənizi necə qeyd etdiniz?

    - Evə zəng etdim, ailəmlə danışdım. Onları sevindirdiyim üçün çox xoşbəxtəm.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved