19-27 iyul tarixlərində Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun oyunları baş tutacaq.
Prosport.Az xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz Albaniya, Kipr, Ermənistan və San Marino seçmələrinə qarşı mübarizə aparacaq.
Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu 19 iyulda Bakı vaxtı ilə saat 17:00-da Kipr yığmasına qarşı olacaq.
Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FIBA -nın rəsmi "Youtube" hesabından canlı olaraq yayımlanacaq.

