Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "O, çox güclü cüdoçudur, sol əli beton kimidir" - Zelim Kotsoyev
    21.10.2025 11:16:45

    Azərbaycanın cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyev (100 kq) Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pridə qızıl medal qazandıqdan sonra "Judo TV"yə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Yenidən zirvədəsən. Bu hiss necədir?
    – Çox sağ olun. Özümü yaxşı hiss edirəm. Bu gün mənim üçün çox çətin idi. Fiziki durumum yüz faiz deyil, amma çox xoşbəxtəm. 

    – Keçən həftə Peruda beşinci oldunuz, bürünc medal görüşündə Daniel Ayxa uduzdunuz. Bu, Qvadalaxara Qran-prisinə hazırlığınıza necə təsir etdi?
    – Peru Qran-prisi mənim üçün çox çətin idi – həm uyğunlaşmaq, həm də çəki salmaq baxımından. Özümü yaxşı hiss etmirdim. Amma bu dəfə artıq bir müddətdir Meksikadayam və özümü xeyli yaxşı hiss edirəm. Çətin gün idi, amma çox xoşbəxtəm. Peruya nisbətən hər şey daha yaxşı idi.

    – Kanadalı Kayl Reyesə qarşı möhtəşəm ippon! Döyüş çox tez bitdi. Belə sürətli qələbə gözləyirdinizmi?
    – Mən Reyeslə bir neçə dəfə qarşılaşmışam. O, çox güclü cüdoçudur. Sol əli demək olar ki, beton kimidir (gülür). Mən bilirdim ki, onun sol əlini “öldürməliyəm”, yəni nəzarət altına almalıyam. Çox motivasiyalı idim. Qol tutuşunu aldığım anda düşündüm: “Ya indi, ya heç vaxt”. Və etdiyim fənd dərhal işə yaradı. Döyüşdən sonra ona zarafatla dedim: “Niyə yatırsan? Biz indi başlamışdıq axı”. O da öz ideal formasında deyildi.

    – Hidayət Heydərov da qızıl medal qazandı — Olimpiya Oyunlarından sonra onun ilk medalı idi. Siz də Olimpiya Oyunlarından bəri ilk qızılını qazandınız. Görünür, Qvadalaxara Azərbaycan üçün uğurlu şəhərdir. Niyə Azərbaycan cüdoçuları Meksikada bu qədər uğurlu çıxış edir?
    – Bilmirəm (gülür). Hazırda bizdə artıq beş qızıl medal var. Ola bilər ki, Uşanqi də qalib gəlsin (red. U.Koakauri də çempion oldu). Bizim ölkədə çox yaxşı məşqçilər var, hər kəs bizim üçün çox çalışır. Və biz də qalib gəlməliyik. Ümid edirəm ki, dünya və Olimpiya oyunlarında da ən yaxşı nəticələri qazanacağıq.
    Hidayəti təbrik edirəm. O, mənim yaxın dostumdur. Birlikdə məşq edirik. O güləşəndə mən onu dəstəkləyirəm, bu gün isə o məni dəstəklədi. Finalda onun səsini eşidirdim. Onun üçün çox sevindim.

    – Qvadalaxaranı və ümumiyyətlə Meksikanı gəzə bildinizmi? Şəhər barədə nə düşünürsünüz?
    – Bəli, gəzdim. Burada kifayət qədər vaxtım oldu. Şəhər çox gözəldir, insanlar çox mehribandır. Amma ən gözəli yeməklərdir (gülür). Yeməkləri çox dadlıdır, amma bir az acıdır. Mən acı yeməyi sevirəm, ona görə problem yoxdur.

    – Sizi növbəti dəfə harada görəcəyik?
    – Hələ bilmirəm. Ola bilər Tokioda. Tokioda çıxış etmək istəyirəm. Daha çox məşq edəcəyəm, daha yaxşı hazırlaşacağam.

    – Azərbaycan yığmasının artıq 6 "qızıl"ı var. Komanda bu uğuru necə qeyd edəcək?
    – Bilmirəm. Bəlkə bu axşam uçuşumuz olacaq. Amma WhatsApp qrupumuza yazacağam (gülür). Düşünürəm ki, ən azı bir gözəl şam yeməyi olacaq.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19

    Yaponiyalı bacı-qardaş yenə Bakıda dünya çempionu oldu - YENİLƏNİB

    5.10.2026 21:49:34

    "Bu toplanış bizi daha da birləşdirdi" – Rəşad Eyubov

    5.10.2026 21:16:31

    ABL-in II divizionu bu tarixdə başlayacaq

    5.10.2026 20:37:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved