13 iyul tarixindən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz Avropa çempionatı öncəsi yoxlama oyunlarında öz gücünü sınaqdan keçirib.
Prosport.Az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığmamız ilk yoxlama oyununda U-16 Bəhreyn millisinə 70:62, 2-ci oyunda isə U-16 Küveyt seçməsinə 69:49 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, millimizin hazırlıq prosesi sabah yekunlaşacaq.

