3x3 basketbolu üzrə "Neftçi" komandası Kosovonun paytaxtı Priştinada keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsini 3-cü sırada başa vurub.
Prosport.Az xəbər verir ki, komandamız yarımfinalda Fransaya 13:21 hesabı ilə uduzub.
Finalda isə ABŞ Fransanı 14:13 hesabı ilə məğlub edərək bu mərhələnin qalibi olub.
Qeyd edək ki, B qrupunda 2 oyunda uduzan millimiz yarışı 12-ci sırada başa vurub.

