3x3 basketbolu üzrə "Neftçi" komandası Kosovonun paytaxtı Priştinada keçirilən yarışın yarımfinalına çıxıb.
Prosport.Az xəbər verir ki, 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Priştina mərhələsində 2-ci oyun gününün görüşləri davam edir.
Təmsilçimiz "Neftçi" əlavə vaxtın qeydə alındığı 1/4 final oyununda Macarıstanın "Dyör" klubuna 18:16 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb. Yarımfinalda "Neftçi" nin rəqibi Fransa millisi olacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

