Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Ümid edirəm ki, ən azı "Ağ brilyant" ola bilərəm" - Rafael Ağayevin tələbəsi
    8.10.2025 15:10:58

    Azərbaycana III MDB Oyunlarında qızıl medal qazandıran karateçilərdən sonuncusu Fərid Ağayev oldu. 75 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı yarışdığı B qrupunda məğlubiyyətlə başladı. O, Kuvonçbek Muxamadiyevə (Özbəkistan) 7:8 uduzdu. Lakin daha sonra toparlandı. Qadji Qadjiyevlə (Rusiya) 3:3, Şınqqıs Tailiyevlə (Qazaxıstan) 6:6 hesablı qələbələr (Senşu xalını qazandığı üçün) onu qrupdan çıxardı. Nazim Nurlanovla (Qırğızıstan) yarımfinal görüşündə 2:6 hesabı ilə məğlub olsa da, rəqibin son saniyədə xəbərdarlıqla məğlub elan edilməsi onun finala adlamasına səbəb oldu. Finalda isə Şınqqıs Tailiyevi 6:5 məğlub etməklə çempion oldu.

    Prosport.Az-ın Mingəçevirə ezam olunmuş əməkdaşı Fərid Ağayevdən müsahibə götürüb.

    – Yarışla bağlı fikirlərinizi bildirərdiniz...
    – Gənclər və İdman Nazirliyinə belə yüksək səviyyədə yarış təşkil etdiyi üçün təşəkkürümü bildirirəm. Bu yarışa çox ciddi hazırlaşmışdıq. Qrupda özbək, rusiyalı və qazaxıstanlı idmançılarla qarşılaşdım. Yarımfinalda Qırğızıstan idmançısını məğlub etdikdən sonra yenidən qazax karateçi ilə görüşdüm və finalda onu da yendim.

    – Finalda qazaxıstanlı idmançı sizi məğlub edirdi. Lakin son saniyədə aldığınız xal sizi çempion etdi. Bu barədə nə deyə bilərsiniz?
    – Döyüş hər zaman sonadək aparılmalıdır. Hər zaman sonadək döyüşmüşəm. Mübariz insanam. Qazaxıstanlı idmançı vaxtından erkən sevinsə də, son saniyədə başa ayaqla zərbə vurub qalib oldum.

    – Növbəti hədəfiniz hansıdır?
    – Parisə gedib dünya çempionatına lisenziya qazanmağa çalışacağam. Daha sonra İslam Həmrəyliyi Oyunlarında qatılacağam.

    – Məşqçiniz Rafael Ağayev də sizə zaldan dəstək olurdu. Onun olması nə dərəcədə motivasiya verir?
    – Müəllimim kimi mənim də soyadım Ağayevdir və 75 kq-da döyüşürəm. Rafael Ağayevdən sonra bu çəkinin yükünü indi mən daşıyıram. Tatamiyə çıxanda müəllimin gücünü hiss edirəm. "Qara brilyant"ın zalda olması mənə motivasiya verir. Namiq müəllim də mənim üzərimdə az əziyyət çəkməyib. Bütün müəllimlərimə və federasiya prezidenti Ülvi Quliyevə təşəkkür edirəm.

    – Rafael Ağayevin ləqəbi bəllidir. Bəs sizdə?
    – Hələ heç bir ləqəbim yoxdur. Məşq yoldaşlarım "Ağayev" deyə çağırır. Amma ümid edirəm ki, ən azı "Ağ brilyant" ola bilərəm.

    Səbuhi Musa

    Döyüş növləri

    İdmançılarımız Latviya və Rusiyadan 3 medalla qayıdır

    5.10.2026 15:12:44
    Döyüş növləri

    Yalnız İrina Zaretska - Zalsburqda qızıl medal

    5.10.2026 11:20:36
    Karate

    Karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayıb

    4.10.2026 18:12:34
    Karate

    Dənizkənarı ərazidə karate seminarı keçirilib – FOTOLAR

    29.08.2026 15:52:07
    Karate

    Karateçilərimiz İstanbuldan 2 medalla qayıdır - FOTOLAR

    22.08.2026 18:50:23
    Karate

    Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib – FOTOLAR

    19.07.2026 21:46:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19

    Yaponiyalı bacı-qardaş yenə Bakıda dünya çempionu oldu - YENİLƏNİB

    5.10.2026 21:49:34

    "Bu toplanış bizi daha da birləşdirdi" – Rəşad Eyubov

    5.10.2026 21:16:31

    ABL-in II divizionu bu tarixdə başlayacaq

    5.10.2026 20:37:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved