Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Lazım olsa, komanda yarışlarını da 1 gündə keçirərdik, biz buna hazır idik" - Rəşad Rəsullu
    6.10.2025 13:04:49

    Azərbaycan cüdoçuları Göygöl Olimpiya İdman Kompleksində keçirilən III MDB Oyunlarında 4-5 oktyabrda 6 qızıl, 7 gümüş və 9 bürünc medal qazandılar. Bununla da cüdo ölkəmizə ən yüksək əyarlı medalları qazandıran idman növü oldu.

    Yarış yekunlaşdıqdan sonra Prosport.Az-ın Göygölə ezam olunmuş əməkdaşı Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidentidən müsahibə götürüb.

    – 22 medal qazandınız. Bunların 6-sı qızıl, 7-si gümüş və 9-u bürünc medal oldu. Hazırda Azərbaycan üçün ən yaxşı nəticəni cüdo göstərib. Bəs yarışı sizin üçün qənaətbəxş saymaq olar?
    – Nəticələri normal qiymətləndirirəm. Fərdi yarışlarda 5 qızıl, 7 gümüş və 9 bürünc medal oldu. Bəzi çəkilərdə daha da yaxşı nəticəmiz ola bilərdi. Çempionluğuna ümid etdiyimiz uşaqlardan bəziləri aşağı nəticə göstərdi. Əvəzində digər çəkilərdə uşaqlar daha yaxşı çıxış etdi. MDB Oyunları bu yaş qrupunun 4-cü böyük yarışı idi. Son 4 ay ərzində Avropa birinciliyi, Avropa Gənclər Olimpiya Festivalı və dünya çempionatında yarışmışdılar. Bu psixoloji yükü çəkmək heç də asan deyil. MDB Oyunlarına hazırlananda uşaqların tükəndiyini görürdük. Hətta qızların təlim-məşq toplanışını ləğv etdik. Çünki çox yorulmuşdular. Bu yaş qrupu üçün bu qədər yüklənmənin öhdəsindən gəlmək çətindir. İdmançıların böyük əksəriyyəti üçün bu, yeniyetmə kateqoriyasında sonuncu yarış idi. Onların çoxu növbəti ildən gənclər kateqoriyasına keçəcək. Ona görə də "qapını bərk çırpmaq" şansları var idi. Bunu da dəyərləndirdilər. Ümumilikdə gözlədiyimiz nəticəni ala bildik, bundan razıyıq.

    – Hansı idmançılar gözlədiyiniz nəticələri göstərmədi?
    – 50 və 55 kq çəki dərəcələrində Anar Quliyev, Məhəmmədəli Hüsüyev, Hüseyn Hüseynovdan qızıl medal gözləyirdik. İdmandır, belə olur. Əvəzində qızlarda 44, 48 və 52 kq çəki dərəcələrində qızıl medalımız oldu. 66 kq-da 2 idmançımızın finala çıxması bizim üçün sürpriz oldu.

    – Cüdonun cəmi 2 günə sığışdırılması, 1 gün bütün çəki dərəcələri üzrə fərdi yarışların keçirilməsi sizin üçün çətinlik yaratmadı?
    – Xeyr, təşkilati baxımdan heç bir çətinlik yaratmadı. Zarafatla deyirəm, lazım olsa, komanda yarışlarını da 1 gündə keçirərdik (gülür). Biz buna hazır idik. Əsas odur ki, bu barədə qərar vaxtında verildi və bütün komandaların diqqətinə çatdırıldı. Hamı da ona görə işini planlaya bildi.

    – Rusiyalı idmançılarla qarşılaşmaq idmançılarımız üçün də yeni təcrübə oldu deyə bilərik?
    – 2023-cü ildən onlarla qarşılaşırıq. Rusiyalı idmançılar ötən və bu il Azərbaycanda keçirilmiş yeniyetmələrin Avropa Kubokunda da iştirak edib. Məsələn, buradakı heyətin minimum 50-60%-i bu il Qubada keçirilmiş Avropa Kubokunda vardı. Sadəcə, MDB Oyunlarında Rusiya öz adı ilə çıxış edə bilirdi.

    – Qarışıq komanda idman növlərinin mükafatlandırması zamanı Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Fikrət Zeynalovun iştirak etməsi marağımıza səbəb oldu. Qılıncoynatma hara, cüdo hara?
    – Bu, protokol qaydalarıdır. Fikrət müəllim bizim yaxın dostumuzdur, cüdoda əməyi olan şəxsdir. Uzun müddət Meksika və Misir cüdo millisinin baş məşqçisi olub. Özü cüdo üzrə məşqçidir. Sadəcə, indi Qılıncoynatma Federasiyasında çalışır. Bizə dəstək olmağa gəlmişdi.

    – Perunun paytaxtı Limada gənclərin Avropa çempionatı keçirilir. Bir gözünüz həm də orada olmalıdır. Ora az heyətlə yollanmağımız nə ilə bağlıdır?
    – Kim dünya çempionatına hazır idisə, onlar ora aparılıb. Ötən ay Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş Avropa çempionatında bəzi idmançıların zəif çıxış etməsi də buna təsir etdi. Maliyyə problemimiz yoxdur. Lazım gəlsə, tam heyətlə də ora yollanardıq. Performans direktoru və baş məşqçilərin ümumi qərarına əsasən az heyətlə ora idmançı göndərməli olduq. Ona görə də qarışıq komanda yarışında iştirak etməyəcəyik.

    Səbuhi Musa

    Cüdo

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    Cüdo

    Cüdo yığmamız Avropa çempionatına 2 "qızıl"la başladı - YENİLƏNİB

    3.09.2026 20:42:40
    Cüdo

    Avropa çempionatı: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

    2.09.2026 21:29:24
    Güləş

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    Cüdo

    Cüdo yığmamız Polşada 11 medal qazandı

    31.08.2026 18:07:08
    Cüdo

    Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək - ADLAR

    31.08.2026 13:11:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved