Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.
Prosport.Az xəbər verir ki, ilk yarış günündə 1 cüdoçumuz fəxri kürsüyə qalxıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev 3-cü yer uğrunda görüşdə komanda yoldaşı Nizami İmranova qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, dünya çempionatına 65 ölkədən 463 idmançı qatılıb.






