Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.
Prosport.Az-a Ağır Atletika Federasiyasından verilən məlumata görə, yığma qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.

