Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    "Ən çox rəhmətə gedən dostum üçün döyüşdüm" – MDB Oyunlarında karatedə ilk qızıl medalçı
    3.10.2025 23:49:21

    III MDB Oyunlarında karatedə ilk qızıl medalı Azərbaycana Mədinə Sadıqova qazandırdı. Ötən il Kazanda BRICS Oyunlarının da qalibi olmuş 24 yaşlı idmançı yarışa uğursuz başladı. O, yarışdığı A qrupunda əvvəlcə Sevinç Raximovaya (Özbəkistan) 3:4 uduzdu. Daha sonra Kamila Boradzovaya (Rusiya) 4:1 qalib gələrək qrupdan 2-ci kimi çıxdı. Yarımfinalda Ayşabibi Şaraxanı (Qazaxıstan) 4:0 və finalda həmyerlisi Nəzrin Piriyevanı 9:1 hesabı ilə məğlub edərək çempion oldu.

    Prosport.Az şəhid kapitanımız Vasif Sadıqovun qızı olan Mədinə Sadıqovadan müsahibə götürüb:

    – Baxmayaraq ki, qrupdakı ilk görüşünüzdə məğlub olmuşdunuz, ancaq sonra ardıcıl 3 görüşdə qalib gələrək çempion oldunuz. Bununla da karatedə ilk qızıl medalı Azərbaycana siz qazandırdınız. Bu haqda nə deyə bilərsiniz?
    – Bura gəlməzdən qabaq məndən müsahibə almışdılar və orada demişdim ki, ilk qızıl medalı mən almaq istəyirəm. Şükür Allaha, bunu bacardım. İlk görüşdə özbəkistanlı rəqibə 3:4 uduzdum. Əslində buna uduzmaq da deməzdim. O rəqiblə bir-birimizi çox yaxşı tanıyırıq. Belə ağır görüş keçəcəyini bilirdik. Həm də bu çəkidə yarışın 2 ən güclü idmançısının bir-birinə qarşı döyüşü çətin keçməli idi. Daha sonra şükür Allaha, özümü toparladım, qələbələr qazandım. Finalda da öz həmyerlimə qalib gələrək çempion oldum.

    – İlk görüşdə məğlub olduqdan sonra çempionluğun əldən getdiyinə dair kiçik də olsa inamsızlıq yarandı?
    – Döyüşdən sonra sadəcə fikirləşdim ki, yəqin pis döyüşmüşəm. Ancaq daha sonra videoda döyüşümə baxdıqdan sonra gördüm ki, düzgün taktika ilə çıxış etmişəm. Sadəcə, bir az ilk döyüşün həyəcanı, hakim səhvi, bəxtsizlik məğlubiyyətimdə rol oynadı. Videoya baxdıqdan sonra anladım ki, bu rəqiblə finalda qarşılaşsam, ona qalib gələcəyəm.

    – Finalda onunla qarşılaşıb revanş almaq istəyirdiniz, ancaq komanda yoldaşınızla qarşılaşdınız. Bəs bu necə hissdir?
    – Açığı, mən Nəzrinin finala çıxacağını gözləmirdim. Onun finala çıxmasına çox sevindim. Çünki biz həm millidə, həm də klubda komanda yoldaşıyıq. Müəllimlərimiz də Seymur və Şahin Xudaverdiyevlərdir. Biz hər il Respublika çempionatının finalında qarşılaşırıq. Burada da finalda qarşılaşdıq və mən qalib gəldim. Onu da medalına görə təbrik edirəm. Həqiqətən çox gözəl çıxış etdi. Gələcək yarışlarında ona uğurlar arzulayıram.

    – 1-ci görüşdə zədələndiniz. Daha sonra zədəli formada çıxış etdiniz. Nə baş vermişdi?
    – Mingəçevirdə İrina Zaretskaya ilə məşq keçirdik. Ayağım tatamiyə ilişdi deyə, barmağım yerindən çıxmışdı. Sonra həkim vasitəsilə düzəltdik. Ancaq özbək rəqibin bədəninə zərbə vuranda barmağım yenidən yerindən çıxdı. Məni çox incitdi. Zaldakı həkimlərin sayəsində barmağım yerinə salındı. 

    – Çempionluğunuzu kimə həsr edirsiniz?
    – 1 həftə bundan qabaq yaxın dostumu itirmişdim. Ağlamayacağam (ağlayır)... Mən demişdim ki, çempion olsam, qızıl medalı ona həsr edəcəyəm. Adı Nihaddır. Ruhu şad olsun. Bu qızıl medal onundur. Mən burada ən çox onun üçün döyüşdüm. Federasiya rəhbərliyinə, vitse-prezident Rəhman Hətəmova, baş məşqçilər – Şahin Atamov, Şahin Xudaverdiyev, köməkçi məşqçi Rəşad Hüseynov və şəxsi müəllimim Seymur Xudaverdiyevə təşəkkürümü bildirirəm. "Qara Qaplan" və müəllim kimi işlədiyim AHİİTA-ya məni dəstəklədiklərinə görə minnətdaram. İnşallah, İslam Həmrəyliyi Oyunlarında və dünya çempionatında da qızıl medal qazanaram.

    Səbuhi Musa

        

    Taekvondo

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14
    Taekvondo

    Azərbaycan idmançısı Cənubi Koreyada qızıl medal qazandı

    4.09.2026 13:26:12
    Döyüş növləri

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    Döyüş növləri

    Fərman Həsənovun UFC-dəki növbəti rəqibi erməniəsilli idmançı olacaq

    1.09.2026 12:15:39
    Döyüş növləri

    Azərbaycan kikboksçusunda dopinq aşkarlandı

    1.09.2026 11:38:57
    Karate

    Dənizkənarı ərazidə karate seminarı keçirilib – FOTOLAR

    29.08.2026 15:52:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved