3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Kosovonun paytaxtı Priştinada keçirilən mərhələsində ilk oyun gününün görüşləri yekunlaşıb.
Prosport.Az xəbər verir ki, B qrupunda 2-ci oyununu keçirən qadın millimiz "Dyör" (Macarıstan) klubuna 9:21 hesabı ilə məğlub olaraq mübarizəni qrupdaca dayandırıb.
D qrupunda qərarlaşmış "Neftçi" isə 2-ci oyununda meydan sahibi Kosovo millisinə 20:9 hesabı ilə qalib gəlməyi bacarıb və qrup lideri kimi 1/4 finala vəsiqəni təmin edib. 1/4 finalda "Neftçi" nin rəqibi "Dyör" (Macarıstan) klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.
Qeyd edək ki, millimiz ilk oyununda ABŞ-a 3:22 hesabı ilə uduzmuşdu. "Neftçi" isə Niderland millisinə 11:6 qalib gəlmişdi.

