Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Yarış qrup şəklində olsaydı, bizim şansımız daha çox olardı" – Millimizin baş məşqçisi
    1.10.2025 15:15:49

    III MDB Oyunlarında çıxış edən U-17 oğlan voleybol milli komandamız turnirə Qırğızıstan üzərində 3:0 hesablı qələbə ilə başladı.

    Prosport.Az-ın Gəncəyə ezam olunmuş əməkdaşı millimizin baş məşqçisi Cahangir Seyid Abbasidən müsahibə götürüb.

    – İlk oyunda Qırğızıstan millisini 3:0 məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
    – I seti normal oynadıq. Daha sonra uşaqlar stres altında oynadı. Kapitanımız xəstə idi, onu dərmanla oyuna hazır etdik. Xüsusən III seti yaxşı oynamalı idik. Ancaq voleybola yeni başlamışıq deyə, uşaqların təcrübəsizliyi öz sözünü dedi. III set uzandı. Amma uşaqlar sonda özlərini kontrol edib, vacib xalları qazandı. Ümid edirəm ki, növbəti görüşlərdə daha az səhvlər edərlər.

    – II setdə qırğızlar önə də keçdi. III setdə isə bizimlə başabaş oynadılar. İlk setdə asan qələbə və rəqibin adının Qırğızıstan olması sonrakı setlərdə arxayınlaşmaya səbəb ola bilərmi?
    – Bütün komandalara hörmətimiz var. Qırğızıstanın bu yaşda oğlan liqası var. Rəqibin kim olmasından asılı olmayaraq, hamısına hörmət etməliyik. Mənə elə gəlir ki, burda təcrübəsizlik rol oynadı. Cəmi 14 aydır ki, biz bu işə başlamışıq. Bir məqamı da qeyd edim ki, burada ən gənc komanda bizik. 14 oyunçudan 9-u 2009 təvəllüdlüdür. Halbuki bu yarışlar 2008 təvəllüdlü uşaqlarla keçirilir. Digər komandalarda bizim qədər 2009 təvəllüdlü oyunçu yoxdur. Bizim ilk beynəlxalq yarışımızdır. Halbuki Qırğızıstan Asiya çempionatında çıxış edir. Dəstəyə görə federasiya və "Sumqayıt Regional" voleybol klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Uşaqlar 14 aydır ki, ailələrini düzgün görə bilmir. Onların fikri ancaq voleyboldadır.

    – Qızların turnirindən fərqli olaraq, oğlanların yarışında qrup yox, dövrəli sistemdir. Qrupda mübarizə aparmaq, yoxsa bütün rəqiblərlə qarşılaşmaq yaxşıdır?
    – Qrup şəklində olsaydı, bizim finala çıxmaq şansımız daha çox olardı. Çünki ilk dəfə qrup şəklində olanda Türkmənistan, Tacikistan və Qırğızıstan bizimlə birgə idi (daha sonra Türkmənistan voleybol yarışından imtina edib – red.). Rusiya, Belarus və Özbəkistan bizim rəqibimiz deyildi. O qrupda olsaydıq, minimum 3-cü yeri tuta bilərdik. Rusiya və Belarus voleybol ənənələrinə malik ölkələrdir. Özbəkistan Asiya çempionatına ev sahibliyi edən ölkədir. Buna da müsbət yanaşıram. Çünki güclü komandalarla qarşılaşıb, çox böyük təcrübə əldə edəcəyik.

    – Bu komanda həm də Azərbaycan çempionatında "Gənclər" adı ilə debüt edəcək. MDB Oyunları bu baxımdan sizin üçün hazırlıq olacaq...
    – 100%. 1 ay sonra EEVZA (Şərqi Avropa Voleybol Zona Assosiasiyası) yarışlarına qatılacağıq. Federasiya rəhbərliyi qərar qəbul edib ki, Yüksək Liqada Sumqayıtda məskunlaşaraq çıxış edək.

    Səbuhi Musa

    Voleybol

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24
    Top oyunları

    Qız voleybolçularımızdan Avropa çempionatında erkən vida, oğlanlar 2 qələbə qazandı

    3.09.2026 23:05:15
    Top oyunları

    Daha bir oyunçu Azərbaycan millisindəki karyerasını bitirdi

    3.09.2026 13:46:53
    Top oyunları

    Polina Rəhimova milli karyerasını başa vurdu

    1.09.2026 23:31:23
    Voleybol

    Türkiyə Voleybol Federasiyasının prezidenti Faiq Qarayevi mükafatlandırdı – FOTOLAR

    1.09.2026 22:57:09
    Top oyunları

    Avropa çempionatı: Millimiz Türkiyəyə uduzub, mübarizəni dayandırdı

    1.09.2026 22:31:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved