Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    İlk 6 ayın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi – FOTO
    14.07.2023 14:46:16

    Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ilin ilk 6 ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.

    Prosport.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şahin Bağırov qonaqları salamlayıb, mətbuat konfransının federasiyanın 2023-cü ilin ilk 6 ayı ərzindəki fəaliyyətinə həsr olunduğunu bildirib. Qeyd edib ki, hesabatda AVF-nin bu müddətdəki fəaliyyətindən, voleybolun paytaxtla yanaşı, digər bölgələrdə də inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışılacaq. Həmçinin qarşıda görüləcək işlər haqqında məlumat veriləcək.

    Sonra hesabat məruzəsi ilə çıxış edən Faiq Orucov ötən yarım ildə AVF-nin fəaliyyəti barədə ətraflı məlumat verib. O, bu müddətdə ölkə voleybolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, uşaq voleyboluna xüsusi diqqət ayrıldığını vurğulayıb. Uşaq və gənc voleybolunun inkişaf etdirilməsi məqsədilə türkiyəli mütəxəssis Şahin Çatmanın ölkəmizə dəvət olunduğunu bildirib. F.Orucov təcrübəli mütəxəssislə müqavilə imzalandığını və avqustdan fəaliyyətə başlayacağını vurğulayıb. Həmçinin onun artıq paytaxtda və bölgələrdə bir sıra seleksiya işləri apardığını, voleybolla məşğul olan, müvafiq meyarlara uyğun gələn 150-yə yaxın qız və oğlanın müəyyənləşdirildiyini də əlavə edib. Vurğulayıb ki, avqustda yenidən həmin uşaqlar arasında seçim ediləcək.

    Baş katib bu ilin ilk yarısında keçirilən turnirlərdən də danışıb. Bildirib ki, Azərbaycan çempionatının 2022/2023 illər mövsümündə qadın və kişilər arasında həm Yüksək Liqa, həm də I Liqa yarışları baş tutub. Eyni zamanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qadınlar və kişilər arasında “Heydər Əliyev Kuboku", veteran kişi voleybolçular arasında kubok, “Heydər Əliyev-100. Voleybola dəstək marafonu” təşkil olunduğunu diqqətə çatdırıb. Məruzəçi, həmçinin 15 yaşlı və 15 yaşdan böyük oğlan və qızlar arasında keçirilən çimərlik voleybolu üzrə Azərbaycan çempionatı (I mərhələ) haqqında, bölgələrdə təşkil edilən seleksiya yarışları haqqında danışıb.

    Tədbirdə son mövsümdə ölkə xaricində çıxış edən və müxtəlif mükafatlar qazanan milli üzvləri haqqında məlumat verib.

    Faiq Orucov avqustda start götürəcək Avropa çempionatında iştirak edəcək qadınlardan ibarət milli komandamıza yeni baş məşqçi təyin olunduğunu bildirib. Mayda türkiyəli Ataman Güneyligillə müqavilə imzalandığını söyləyən F.Orucov yığmamızın hazırda təcrübəli mütəxəssisin rəhbərliyi ilə məşqlərə davam etdiyini vurğulayıb. Həmçinin tələbə oğlanlardan ibarət millimizin Çində keçiriləcək Universiadaya hazırlıqlarından da danışıb.

    Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

    Digər idman növləri

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved