Kişilərdən ibarət "Xarı Bülbül" voleybol komandasına prezident təyin olunub.
Prosport.Az-ın xəbərinə görə, bu barədə "Xarı Bülbül"ün təsisçisi İlqar İmamquliyev bildirib.
Onun sözlərinə görə, Hacı Nuran kimi tanınan Nuran Hüseynov kluba prezident təyin olunub.
Hacı Nuran İlqar İmamquliyev lə birgə iyulun 19-da Lüksemburqda keçiriləcək Çelenc Kubokunun püşkatmasında iştirak edəcək.
Səbuhi Musa

