Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Kamran Nəbizadə və Firdovsi Umudovun gəlişindən sonra "Cəngi" klubu bağlandı" – Ağırlıqqaldıma Federasiyasından daha bir narazılıq
    26.09.2025 09:30:57

    Daha əvvəl bildirdiyimiz kimi, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının gördüyü işlər gözə kül üfürmək kimi bir şeydir. Nəticələr çox zəif, keçirilən ölkə çempionatlarının səviyyəsi olimpiya idman növünə yaraşmayacaq durumdadır. Azərbaycan Sənaye Korporasiyası bağlandıqdan sonra maliyyəsi köklü şəkildə azalan federasiyanın rəhbərliyi artıq yalnız beynəlxalq qurumlarda təmsil olunmaqla işinin yekunlaşdığını zənn edir.

    Ancaq narazılıqlar kifayət qədərdir. Bu narazılardan biri də 68 yaşlı Hikmət Tarıverdiyevdir.

    SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, ağırlıqqaldırma üzrə 12 dəfə Azərbaycan çempionu, 4 dəfə Bakı çempionu olmuş Hikmət Tarıverdiyev Prosport.Az-ın redaksiyasına narazılığını bildirib.

    Onun sözlərinə görə, Ağırlıqqaldırma Federasiyasının sabiq prezidenti İnam Kərimov tərəfindən Şamaxıda açılmış "Cəngi" klubu yeni rəhbərliyin gəlişindən sonra fəaliyyətini dayandırıb:

    "2008-ci ildən 2018-ci ilədək ağırlıqqaldırma idman növünü "AAAF Park" şirkəti maliyyələşdirirdi. Onun rəhbəri Tofiq Heydərov çox gözəl şərait yaratmışdı. 2022-ci ildə o vaxt kənd təsərrüfatı naziri işləyən İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçildi. Onun vasitəçiliyi ilə Şamaxıda "Cəngi" klubu yaradıldı. Şamaxıya gəlib bu klubun açılışını da etmişdi. Burada ağırlıqqaldıma üçün münbit şərait yaratmışdı. Mən də bu klubda tələbələrimə məşq keçirdim. Daha sonra o, Ali Məhkəməyə hakim gedincə, federasiya prezidenti vəzifəsi boş qaldı. Bundan bir müddət sonra Azərbaycan Sənaye Korporasiyasının rəhbəri Kamran Nəbizadəni prezident seçdik. Güləşdən gələn, ağırlıqqaldıma idmanına aid olmayan Firdovsi Umudov da vitse-prezident oldu. Kamran Nəbizadə də kənd təsərrüfatı mütəxəssisidir. Dedik ki, eybi yoxdur, təki iş getsin. "Cəngi" klubu onlar gələndən bağlandı. Klubun rəhbəri Rüfət Məmmədov bildirdi ki, artıq İnam Kərimov yoxdur deyə, maliyyəmiz kəsilib. Nə Kamran Nəbizadə, nə də Firdovsi Umudov 2 ildir ki, bu vəzifədə olsalar da, Şamaxıda ağırlıqqaldırmanın inkişafı üçün bizə kömək etmir. Ağırlıqqaldırmanın  Şamaxı şəhərində ənənələri olub. Ancaq indi burada federasiya rəhbərliyinin yarıtmaz işi sayəsində heç bir klub qalmayıb, bütün mütəxəssislər Şamaxını tərk edib".

    Hikmət Tarıverdiyevin sözlərinə görə, keçirilən ölkədaxili yarışlarda idmançıların sayı az olur, kütləvilik çox aşağı səviyyədədir: 

    "Sonuncu gənclərin ölkə birinciliyində 48 idmançı iştirak edib. Az qala hakim belə idmançıdan çox olub. 32 hakim yarışda iştirak edib. Bu, olimpiya idman növü olan ağırlıqqaldırmanı məhv etmək deməkdir. Görəsən, ermənilərin ağırlıqqaldırma komandasının idmançılarına bizim atletlər uduzanda federasiya rəhbərliyinin ürəyi ağrımır?".

    Qeyd edək ki, gələcəkdə bu mövzuya yenidən qayıdacağımız istisna edilmir.

    Səbuhi Musa

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved