Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Onun yarışa buraxılmamasında günahım yoxdur" – Tibbi təsnifatdan keçə bilməyən paracüdoçunun məşqçisi
    24.09.2025 09:12:18

    "Bildiyiniz kimi, mən olimpiya və paralimpiya yığma komandasında bir necə cüdoçuların şəxsi məşqçisiyəm. Məşqçilik karyeramda bir çox Avropa və dünya birinciliklərinin, çempionatlarının qalib və mükafatçılarının yetişməsində böyük işlər görmüşəm. Eləcə də Tokio-2021 Yay Paralimpiya Oyunlarında 48 kq çəki dərəcəsində qızıl medal qazanan paracüdocu Şəhanə Hacıyevanın müəllimiyəm".

    Bunu Prosport.Az-a açıqlamasında tibbi təsnifatdan keçə bilmədikləri üçün builki dünya və Avropa çempionatlarına buraxılmayan Şəhanə Hacıyeva və İlkin Nəsibovun şəxsi məşqçisi Fərid Ağakişiyev deyib.

    Saytımızda "Daha bir paracüdoçumuzun gözləri görürmüş – Avropa çempionatına buraxılmayıb" yazısı getdikdən sonra Fərid Ağakişiyev redaksiyamızla əlaqə saxlayıb. Adının hallandığına görə, o, məsələyə aydınlıq gətirməyə çalışıb. Jurnalistika prinsiplərinə əsasən onun fikirlərini təqdim edirik: 

    "Uzun illərdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Sumqayıt Paralimpiya Mərkəzində əngəlli uşaq oğlan və qız idmancılara məşqlər keçirilir. Bu mərkəzdə əngəlli uşaqlara bir cox idman növündə dərslər də verilir.

    Eləcə də mən görmə əngəlli uşaqlara, oğlan və qızlara cüdo idman növündə dərslər keçirəm. Görmə əngəlli uşaqlar müvafiq sənədləri, görməsi ilə bağlı əlilliyi, tibbi rəyləri və eləcə də sağlamlığı ilə bağlı həkim rəyini təqdim etdikdən sonra məşqlərə buraxılır və biz də qəbul edirik. Ola bilsin ki, dövlətimiz tərəfindən verilən tibbi sənədlə paracüdoda tələb olunan tibbi sənəd üst-üstə düşmür. Biz dövlət tərəfindən verilən sənədə əsaslanaraq onlara məşq keçirik. Burada şəxsi məşqçinin heç bir günahı yoxdur.

    Sözügedən İlkin Nəsibov da uşaq yaşlarından görmə əngəlli paracüdoculardan biridir. O, uşaq yaşlarından – 9 yaşından bizim mərkəzdə məşqlərə başlayıb və dəfələrlə Uşaq Paralimpiya Oyunlarının qalibi olub. ƏƏSMN qurumlarının təyin etdiyi 2-ci qrup görmə əlilliyi olan təqaüdçüdür. Bu cür görmə əlilliyi olan uşaqların tərəfimizdən cəmiyyətə inteqrasiyası ücün, həyat eşqi ilə yaşamaqları, depressiyaya düşməməkləri, özlərinə qapanmamaları və kollektivdə böyümələri üçün var gücümüzlə çalışırıq. Bizdə onlarla belə əngəlli uşaqlar var. İlkinin də belə kollektivdən çıxması təsadüfi deyil. Onu da qeyd etmək istəyirəm ki, mərkəzdə İlham Zəkiyev kimi idmancılar məşq edir və yeni yetişən paracüdoculara mənəvi güc almasına  təkan verir. 

    Artıq İlkin Nəsibovun da böyük idmanda özünü sınaması, Tbilisidə beynəlxalq təsnifatdan keçməsi ücün Milli Paralimpiya Komitəsi IBSA-ya müraciət edib idmançını Avropa çempionatına apardı. O ilk dəfə təsnifatda iştirak etdiyi ücün təsnifata lazım olan sənədlərin tam olmadığı məlum oldu və yarışa buraxılmamasına qərar verildi. Növbəti təsnifata müraciət etmək üçün tam şəkildə sənədlərinin hazırlanması bildirildi.

    Onu da bildirmək istəyirəm ki, yerlərdə şəxsi məşqçilərin işləri idmançıların yetişməsini təmin etməkdir. Təsnifat, paracüdo qaydalarına dəyişikliklər, həkim rəyləri – bu kimi məsələlər şəxsi məşqçilərin məsuliyyəti deyil. İstərdim ki, hətta dəvət edirəm ki, yerlərdə yetişən uşaq paracüdocuların məşqlərində iştirak edib özlərindən, əngəllərindən, durumlarından geniş müsahibə alasınız və onların nə qədər həssas, duyğusal olduqlarını işıqlandırasınız".

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved