Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti seçilib.
Prosport.Az-ın xəbərinə görə, 41 yaşlı Quliyev DGK sədri, gömrük xidməti general-mayoru, Voleybol Federasiyasının yeni prezidenti Şahin Bağırova burada da kömək edəcək.
Daha əvvəl xəbər verdiyimiz kimi, federasiyanın bu gün keçirilən seçki yığıncağında Faiq Qarayev vitse-prezident postunda qalıb. Əvəzində əvvəlki federasiya prezidenti Cavid Qurbanovun kadrları sayılan Cəlil Cəfərov və Əbülfəz Hüseynov vəzifələrindən azad olunublar.
Qeyd edək ki, Bəhruz Quliyev ötən ilin 2 avqustundan etibarən DGK sədrinin müavini vəzifəsindədir.

