Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Benfika" bizim üçün bağlı qutudur" – Rəşad Sadiqov
    16.09.2025 09:45:20

    "Qarabağ"ın 19 yaşadək komandası (U-19) bu gün Bakı vaxtı ilə saat 14:00-da UEFA Gənclər Liqası çərçivəsində Portuqaliya nəhənglərindən olan "Benfika"nın müvafiq kollektivi ilə üz-üzə gələcək.

    Bu münasibətlə Prosport.Az "Qarabağ"ın baş məşqçisi Rəşad Sadiqovdan müsahibə götürüb:

    – "Benfika" ilə oyuna komandanı necə motivasiya edə bildiniz?
    – Açığı, belə komandaya qarşı uşaqlara motivasiya verməyə ehtiyac belə yoxdur. Çünki futbolçular da bilir ki, bura artıq UEFA Gənclər Liqasıdır. Ona görə də uşaqlar oyuna motivasiya olaraq hazırdır.

    – "Benfika"nın U-19 komandasının son oyunlarını izləmək imkanınız olub?
    – 10 gün qabaq bir turnirdə iştirak ediblər. Açığı, matçlarda fərqli heyətləri oynadırlar. Ona görə də çox şeyi analiz etmək olmur. "Benfika" bizim üçün bağlı qutudur. Gah 4-lü, gah da 5-li müdafiə ilə oynayırlar. Üstünlük verdikləri sistem bəlli deyil. "Benfika" U-19-nun həm A, həm də B komandası var. U-23 komandasında çıxış edən futbolçuları mövcuddur. Ona görə də onların start heyətini müəyyənləşdirmək də bizə çətindir. Belçikadan, İrlandiyadan legionerləri də var.

    – Qeyd etdiyiniz beynəlxalq turnirdə nəticələri necə olub?
    – Turnirda "Barselona"ya 1:3 uduzmuşdular. Çempionatın son turunda 2:2 oynamışdılar. 2022-ci ildə UEFA Gənclər Liqasında "Benfika" çempion olub ("Zalsburq"a 6:0 qalib gəliblər, bundan əvvəl daha 3 dəfə də final oynayıblar – S.M.). Burada Akademiyada da deyirlər ki, "Benfika"nın U-19 komandasına düşmək çətindir. Rotasiya imkanları genişdir.

    – "Qarabağ"ın əsas komandası ilə məşqlərdə iştirak edən Amin Rzayevlə Hikmət Cəbrayılzadənin "Benfika" ilə matçda sizə kömək etmək şansı var?
    – Amin bu dəqiqə həm Əvəzedicilər Liqasında, həm də U-19 Liqasında çıxış edir. Son 7-10 gündür ki, bizimlə məşq keçir. Hikmət isə əsas komanda ilə məşqləri edir. Amma "Benfika"ya qarşı matçda Qurban Qurbanov onu bizim sərəncamımıza buraxacaq.

    – İyulda İsveçdəki beynəlxalq turnirdə rəqiblərin səviyyəsi bu formada olmasa da, oradakı iştirak nə dərəcədə komandaya fayda verəcək?
    – Açığı, oradakı rəqiblər də Avropadakı komandalardan səviyyəsinə görə heç də geri qalmırdı. Nigeriya, Qananın çempionları neçə ildir ki, orada qalib olur. O turnir bizim üçün yaxşı təcrübə oldu. Böyük stadionlarda belə rəqiblərlə oyunlardan futbolçularımız nələrisə öyrəndi. Özlərinə inam, təcrübə qazandılar. İnanıram ki, UEFA Gənclər Liqasının oyunları zamanı komandaya faydası da dəyəcək.

    – Reqlamentə əsasən, UEFA Çempionlar Liqasında əsas komandanın çıxış edəcəyi son 2 komandanın U-19-u ilə siz oynaya bilməyəcəksiniz. "Liverpul"a qarşı oynaya bilməmək, yaxşı təcrübə qazanmaq imkanından məhrum olmaq təəssüfləndirmir?
    – Yox. Çünki oynayacağımız 6 komandanın hər biri güclüdür. Akademiya baxımından "Çelsi" "Liverpul"dan da üstündür. "Ayaks" bu yaxınlarda beynəlxalq turnirdə böyük hesablı qələbələr qazanıb. Amma sırf adına görə Liverpul şəhərində onlara rəqib olmaq istərdik. Bununla belə, onlarla oynaya bilməyəcəyimizə görə təəssüflənmirəm. Çünki oynayacağımız 6 komanda "Liverpul"dan heç də geri qalmır.

    – Bir təyyarədə səfərə yollanmısınız. Qurban Qurbanov sizə təcrübə baxımından fikirlərini, məsləhətlərini verdi?
    – Hava limanında ayaq üstü söhbətimiz oldu. Ancaq bunun üçün xüsusi bir görüş keçirilməyib. Çünki onun da başı öz komandasına qarışıb. Akademiya və əsas komandanın məşq sistemi fərqlidir.

    – Sonda bunu da soruşum. AFFA Gənclər Liqasının oyunlarının avrokuboka görə təxirə salınmasını istəyəcəksiniz?
    – Artıq 1 oyun keçirmişik. "Araz-Naxçıvan"ı ilk turda 8:0 məğlub etmişik. Təxirə salmaq kimi bir fikrimiz yoxdur. Üst-üstə düşərsə, məcburən təxirə salınacaq. Amma belədə oynayacağıq. Çünki bizə lazımdır ki, çox oyun keçirək.

    Səbuhi Musa

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Akademiya

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Akademiya

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Akademiya

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Futbol

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Futbol

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved