Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Son günədək də bu sözümün üstündə dayanacağam" – Ramiz Məmmədov
    16.09.2025 09:16:06

    I Liqanın yeni mövsümünün ilk turunda səfərdə "Səbail"ə 0:2 hesabı ilə uduzan "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov oyundan sonra Prosport.Az-a müsahibə verib:

    – "Mingəçevir" klubunda ilk məğlubiyyətinizi aldınız. Bildiyimə görə, yoxlama oyunlarında məğlub olmamışdınız. Məğlubiyyətə səbəb kimi nəyi görürsünüz?
    – Deyərdim ki, oyun bərabər keçdi. Uduzulası oyun deyildi. Uşaqlar həqiqətən əzmkarlıq göstərdi. Sadəcə, qapımıza 2 zərbə oldu, 2-si də qolla nəticələndi. Bəli, 2 yoxlama oyunu keçirmişdik. Həmin matçlarla müqayisədə, bu səfər matçı idi deyəmi azca da olsa özlərini itirdilər. Verdiyimiz tapşırıqları yerinə yetirmədilər. "Səbail"i təbrik edirəm. Komandam 2-ci topları çox gec götürürdü. Rəqib isə 2-ci topların götürülməsində bizdən daha istəkli idi. Düşünürəm ki, 2-3 qol epizodunu da əldən verdik. Həm Kennet Kalunqanın, Rəhim Cəfərlinin, həm də Cona Atukveyin qol vurmaq şansları vardı, lakin fərqlənə bilmədik. Çempionat hələ təzə başlayıb. Hamıya uğurlar arzulayıram.

    – İlk yoxlama oyununuzda "Karvan"a qalib gəlmişdiniz. Ola bilərmi ki, Premyer Liqa klubu üzərindəki qələbə futbolçularınızda arxayınçılıq yaratmışdı?
    – Yoxlama oyunu keçirdiyimiz "Karvan" və "Zaqatala" sıradan bir komanda deyil. Gördüyünüz kimi, "Karvan" Premyer Liqada gözəl start götürüb. "Zaqatala"nın da oyunu xoşuma gəldi. Hər zaman Zaqatala futbolu sayılıb-seçilən olub. Uşaqlara xəbərdarlıq etmişdim ki, bu qalibiyyətlər bizi boşaltmamalıdır. Bir balaca diqqətli olmalıyıq. Bu arxayınlığı onlarda hiss etdiyimdən, xəbərdarlıq etmişdim. Bu matçda 2-3 futbolçumuzda az da olsa bu rahatlıq vardı. Uduzmaq problem deyil. Oyunlarımız hələ irəlidədir.

    – Rəqibin heyətində Premyer Liqa təcrübəsi olan təcrübəli futbolçular – Yusif Nəbiyev, Rəhman Hacıyev, Rəşad Əzizli kimi oyunçular var idi. Ancaq demək olar ki, "Mingəçevir"də bu baxımdan axsama var...
    – Demək olar ki, sıfırdan yığılan komandayıq. Müdafiə, yarımmüdafiə və hücum arasında bağlar baxımından hələ lazımi qədər təcrübə toplamamışıq. 3-4 Premyer Liqa görmüş futbolçularımız var, onlar da daha çox klublarında ehtiyatda qalmış futbolçulardır. Onlarla son anda müqavilə bağladıq. Təlim-məşq toplanışına da üzrlü səbəbdən bir az gec başladıq. Bilirik ki, toplanışa gec başlayan komanda futbolçuları yığmaqda da çətinlik çəkir. Lazım olan transferləri hələ edə bilməmişik. Bəli, legionerlər götürmüşük, deyim ki, hamısı da I Liqaya yaraşan futbolçulardır. Hamısından da demək olar ki, razı qalmışıq. "Səbail" bu baxımdan heyətinin demək olar 60-70%-ni saxlayıb. Bizdə isə ötən mövsümdən 6 futbolçu qalıb. Bunlardan da Elmin Bayramov istisna olmaqla, digərləri ötən mövsüm "Mingəçevir"in heyətində çox oynamayıb. Digərləri 3-5 matçda meydanda olub, liderlik keyfiyyətləri yoxdur, ancaq qısa zamanda öz bəhrələrini komandaya verəcəklərinə inanıram.

    – Qarşıya qoyulan hədəf nədir, konkret Premyer Liqa, yoxsa...?
    – Biz ancaq liderlər qrupu üçün oynayırıq. İlk gündən bunu demişəm. Son günədək də bu sözümün üstündə dayanacağam.

    – Maddi baxımdan hər şey qaydasındadır?
    – Heç bir problem yoxdur, hər şey qaydasındadır və yolumuza davam edirik.

    Səbuhi Musa

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved