Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ramiz Məmmədovun həmişə döyüşkən komandası olub" – Elvin Məmmədov
    16.09.2025 00:12:00

    “Səbail”in baş məşqçisi Elvin Məmmədov Azərbaycan I Liqasının ilk turunda “Mingəçevir”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

    Prosport.Az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

    – Mövsümə qələbə ilə başladınız. Oyunla bağlı fikirləriniz necədir?
    – Öncə komandamızı təbrik edirəm. Bilirdik ki, Ramiz Məmmədovun həmişə döyüşkən komandası olub. Ramiz müəllim özü də xarakterli futbolçu olduğu üçün, məşqçiliyi də belədir. Bilirdik ki, bizi çox çətin oyun gözləyir. İlk qarşılaşma üçün alınmayan məqamlar oldu. Ancaq şükürlər olsun ki, 3 xalımızı qazandıq.

    – Qələbə bir yana, bəs sərgilənən futbol sizi nə dərəcədə razı saldı?
    – Əlbəttə, tam istədiyimiz oyun olmadı. Çünki çatışmazlıqlar mövcuddur. Digər tərəfdən də ilk oyun olduğu üçün futbolçularda həyəcan vardı, səhv etməkdən qorxurdular. İşimiz çoxdur. Bundan da çətin rəqiblər olacaq. İşləyib, bu çatışmazlıqları aradan qaldıraraq daha yaxşı oynamalıyıq.

    – Bu yolda "Səbail"ə əsas rəqib qismində hansı komandaları görürsünüz? Çoxları “Şəfa”nın adını çəkir...
    – İnanın mənə, rəhbərlik qarşımıza hədəf olaraq çempionluğu qoyubsa, bizim üçün hər bir rəqib çətindir. Rəqibləri ayırmırıq. Bəzən autsayder hesab olunan komanda belə, digər kollektivlərdən xal ala bilir.

    – Premyer Liqada da olduğu kimi, I Liqada da eyni oyun tərzinə üstünlük verirsiniz. Komanda müdafiədən ötürmə ilə çıxır. Halbuki I Liqada əksər komandalar “vur qabağa” prinsipilə oynayır. Düşünmürsünüz ki, sizin texnikalı futbola üstünlük verməyiniz işinizi çətinləşdirə bilər?
    – Bilirsiniz ki, mən məşqçiliyə yeni başlamışam. Yekəxanalıq kimi qəbul olunmasın, lakin mən bu futbolu istəyirəm, getdiyim yol budur. Demirəm düzdür, ya səhv. Amma mən elə başa düşürəm ki, Qafqaz, Azərbaycan futboluna bu lazımdır. Çətindir, səhvlər olacaq, lakin getdiyimiz yoldan da dönmək istəmirik.

    – “Səbail”in büdcəsi xeyli azalıb, ASCO-nun komandaya sponsorluq edib-etməyəcəyi hələ bilinmir. Maraqlıdır, bu qədər çətinlik qarşısında bu cür heyəti necə yığdınız?
    – Klub rəhbərliyindən Zamiq Hüseynov, Firuz Abdulla, eləcə də Rəşad Məmmədovun əziyyəti və futbolçuların biz məşqçilərə inamı sayəsində bu heyət formalaşıb. Futbolçularla söhbətimiz oldu. Sağ olsunlar, gəliblər həm bizə kömək olsunlar, həm də birlikdə Premyer Liqaya yüksələk.

    – Yəni, pul önəmli rol oynamayıb?
    – Bəli, oynamayıb. Elə şeylər var ki, puldan üstündür.

    – İranlı hücumçu Əli Babayi hələ hazır olmadığı üçün “Mingəçevir”lə görüşdə meydana çıxmadı?
    – O, komandaya təzə qoşulub, yaxın günlərdə ona da şans verəcəyik.

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved