Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Avropa çempionatını Ukrayna boykot etdi deyə belə alındı" – Baş məşqçi
    8.09.2025 09:38:27

    Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı başa çatdı.

    Prosport.Az-ın Bratislavaya ezam olunmuş əməkdaşı turnirdən sonra gənc oğlanlardan ibarət cüdo millimizin baş məşqçisi Rüstəm Alimlidən müsahibə götürüb.

    – Yarışı 2 qızıl və 1 bürünc medalla bitirdiniz. Ümumiyyətlə, neçə medal gözləyirdiniz?
    – Həmişə daha çox medal gözləyirik. Amma hər şey istədiyimiz kimi alınmır. Bununla belə Avropa çempionatında oğlanlarda 1-ci ola bildik. Əlbəttə, yarışın ilk günü çox möhtəşəm bir nəticə oldu və 3 medal qazandıq. Əlbəttə, 81 kq-da Avropa çempionumuz Süleyman Şükürova (gənclərin reytinqində dünyada 2-ci yerdədir) ümidimiz vardı. O bizi məyus etdi. Bir də +100 kq çəki dərəcəsində digər Avropa çempionumuz Ramazan Əhmədov ilboyu Avropa Kuboku yarışlarında yaxşı nəticə göstərmişdi (bu il 2 Avropa Kubokunun qalibi olmuş, 2 bürünc medal qazanmışdı). Ondan da medal gözləyirdik. Ancaq bu, cüdodur və belə hallar baş verir...

    – Digər Avropa çempionumuz Aslan Kotsoyevin adını çəkmədiniz. Ondan bu dəfə medal gözlənilmirdi?
    – Ondan da gözləyirdik. Aslan elə idmançıdır ki, hər zaman yaxşı nəticə göstərə bilər. Mayda İstanbuldakı Avropa Kubokunda qızıl, iyunda Berlindəki Avropa Kubokunda gümüş medal qazanmışdı. Amma Bratislavada güləşi alınmadı.

    – Cüdo Federasiyası yarışdan öncə bəyanat yayaraq onunla millidən uzaqlaşdırılmış Tuncay Şamillə arasında olan qalmaqala münasibət bildirdi. Adının belə qalmaqalda hallanması onun psixologiyasına da təsir göstərmiş ola bilərmi?
    – Hər şey ola bilər. Məşqçilərlə onun mənfi cəhətləri barədə Bakıya qayıtdıqdan sonra danışacağıq. Sonda qərara gələcəyik ki, niyə görə belə uduzdu.

    – Kotsoyev İsveçrə ilə qarışıq komanda yarışında uduzduqdan sonra, digər Slovakiya və Almaniya ilə matçlarımızda yer almadı. Onun yerinə 81 çəki dərəcəsində olan Süleyman Şükürov çıxış etdi. Bu nə ilə bağlı idi?
    – Çiynindən zədə aldı. Ona görə də digər görüşlərdə onu tatamiyə buraxmadıq. Ona görə də Süleymanı buraxmağa qərar verdik.

    – 60 və 66 kq çəki dərəcələrində eyni səbətdə 2 cüdoçumuzun olması və nəticədə onların yolunun 1/4 finalda kəsişməsinə nə deyə bilərsiniz?
    – Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Kubokuna reytinqdə qalxmaq üçün getmişdik. Demək olar ki, bu bizdə alındı. Bu Avropa çempionatını Ukrayna yığması gəlməyib boykot etdi (Ukrayna Cüdo Federasiyası iyunun 1-dən Belarus millisinə öz bayrağı altında yarışmağa icazə verildiyi üçün boykot qərarı verib). Reytinqdə yüksəkdə olan idmançılar qalxdı və nəticədə 2 çəkidə cüdoçularımız eyni səbətə düşdü. Ola bilsin ki, ayrı səbətlərdə olsaydılar, finalda 2 azərbaycanlı da görərdik.

    – Gələn ay Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatı barədə nə deyə bilərsiniz?
    – 3 həftə sonra dünya çempionatı var. İlin ən əsas yarışıdır. Ola bilər ki, heyətdə dəyişiklik və ya azalma olsun. Buna performans direktorumuzla danışdıqdan sonra qərar verəcəyik. Əlbəttə, Avropa çempionatında medal qazana bilməyib, dünya çempionatında yaxşı nəticə qazanmaq mümkündür. Məsələn, Nihad Məmişov, Cəsur İbadlı Avropa çempionu olmasalar da, dünya çempionu idilər. Əsas idmançının istəyidir. İdmançıların son durumuna əsasən onları dünya çempionatına aparacağıq.

    – Ötən il Peruda yeniyetmələrin dünya çempionatı da var idi və onda siz yeniyetmələrin baş məşqçisi idiniz. Ora baş məşqçi kimi siz getməmişdiniz. Bunun səbəbi nə idi?
    – Onda mən paralel olaraq kişilərdən ibarət baş məşqçinin köməkçisi idim. Həmin ərəfədə Paris Olimpiya Oyunlarında idim. Bu yarışlar üst-üstə düşmüşdü. Ona görə də məşqçilərdən Nicat Şıxəlizadə ilə Emil İskəndərov Peruya getmişdi. İş elə gətirdi ki, bu il də gənclərin dünya çempionatı orada olacaq. Qismət olsa, bu dəfə gedərəm.

    – Dünya çempionatında kimdən qızıl medal gözləyək?
    – 60 və 66 kq çəki dərəcəsində Avropa çempionu olan Nihad Məmişov və Məhəmməd Musayevdən dünya çempionatında da qızıl medal gözləmək olar. Ancaq bayaq dediyim kimi, hər şey ola bilər. Onu da deyim ki, bu yarışda Avropa 3-cüsü olan Nizami İmranovdan başqa, əksəriyyəti yeniyetmələrdən gənclərə keçən idmançılardır. Onlar da 1-2 il gənclərdə güləşə biləcək və inanıram ki, gələcəkdə böyüklərdə yüksək nəticələri olacaq.

    Səbuhi Musa
    Bratislava

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved