Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Rəqiblərim Avropa çempionu olanda, həmişə onlara həsədlə baxırdım" – Nihad Məmişov
    4.09.2025 22:00:07

    Yeniyetmələr arasında ikiqat dünya çempionu olan Nihad Məmişov ilk dəfə gənclər arasında Avropa çempionu oldu.

    Prosport.Az-ın Bratislavaya ezam olunmuş əməkdaşı ondan müsahibə götürüb.

    – Avropa çempionu oldunuz. Nələr hiss edirsiniz?
    – İlk dəfə Avropa çempionu oldum. 2 dəfə dünya çempionu olsam da, Avropa çempionatında qızıl medal qazana bilməmişdim. Ancaq bu dəfə kiçik karyeramda ilk dəfə Avropa çempionu ola bildim. İnşallah, bu il dünya çempionatı da var. Bu medal mənə motivasiya verəcək ki, orada da qızıl medal qazanım.

    – Finalda zədə aldınız. Amma qayıdıb qalib gəldiniz...
    – Finalda uduzub çempionluğu əldən buraxa bilməzdim. İstəmirdim ki, uduzum. Çünki o boyda əziyyət çəkmişdim. Əlimdən gələni etdim ki, Azərbaycanın himni səslənsin.

    – 18 yaşınız var. 2 dəfə yeniyetmələrdə dünya çempionu olsanız da, Avropada belə uğuru qazanmamışdınız. Hər dəfə bunu gerçəkləşdirməyə nə mane olurdu?
    – Birinci il Avropa çempionatına gedə bilməmişdim. Getdiyim Avropa çempionatında da uğurlu çıxış edə, güləşə bilmədim. Amma ötən il Perudakı dünya çempionatında elə güləşdim ki, həmin Avropa çempionatının acığını çıxdım. Bu Avropa çempionatına ciddi hazırlaşmışdım. Özümə söz vermişdim ki, Avropa çempionu olacağam. Bu da ən böyük arzularımdan biri idi. Şükür Allaha, gerçəkləşdirdim.

    – Avropa çempionatının qızıl medalı dünya çempionatınkından kiçik sayılır. Ancaq bunun ilk olduğunu nəzərə alsaq, yəqin medal kolleksiyanda xüsusi yeri olacaq...
    – Əlbəttə, sözsüz. Rəqiblərim Avropa çempionu olanda, həmişə onlara həsədlə baxırdım. Düşünürdüm ki, görəsən o hisslər necədir? Dünya çempionluğu hissini dadmışdım, ancaq Avropanınkını yox. Bu il gənclərdə ilk ilimdir. İnşallah, gənclərdə də dünya çempionu olub, sayı üçqata qaldırmaq istəyirəm.

    – Bacınız da Nigar Məmişova da cüdoçudur. Ailənizdə başqa da cüdoçu var?
    – Əslində bacım mənə baxıb həvəsə gəlib. O da qız olduğundan, tam yaxşı güləşə bilmir, gücü çatmır. Amma pis də deyil. Nə valideynlərim, nə də qardaşım idmançı olmayıb. Qardaşım da təzə cüdoya başlayıb. Sadəcə, 7 yaşım olanda atam dedi ki, gəl səni idmana yazdırım. O vaxtdan bu idmandayam.

    Səbuhi Musa
    Bratislava 

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved