Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında keçirilən Avropa çempionatının ilk gününü Azərbaycan 3 medalla başa vurub.
Prosport.Az-ın Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində Məhəmməd Musayev Aleksis Renara (Fransa) ipponla qalib gəlib.
19 yaşlı cüdoçu bununla da yeniyetmələrdən sonra gənclərdə də Avropa çempionu olmağı bacarıb.
Eyni çəkidə çıxış edən Nizami İmranov isə Şalev Kohenə (İsrail) 2 vaza-ari xalı ilə qalib gəlib.
Qeyd edək ki, daha öncə Nihad Məmişov 60 kq çəki dərəcəsində Avropa çempionu olub.