Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan ilk qızıl medalını qazanıb.
Prosport.Az-ın Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yeniyetmələr arasında ikiqat dünya çempionumuz Nihad Məmişov (60 kq) finalda Françesko Sampinoya (İtaliya) 2 yuko xalı ilə qalib gəlib.
Bu, 18 yaşlı Nihad Məmişovun karyerasında qazandığı ilk Avropa çempionluğudur.
Bu çəkidə bürünc medal uğrunda görüşdə Fərid Qarayev Kelvin Raya (Fransa) yuko xalı ilə uduzaraq 5-ci olub.
Qeyd edək ki, 66 kq çəki dərəcəsində bu gün Məhəmməd Musayev qızıl, Nizami İmranov isə bürünc medal görüşünə çıxacaq.

