Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Daha bir cüdoçumuz Avropa çempionatının finalında – YENİLƏNİB
    4.09.2025 16:41:27

    Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında daha bir idmançımız finala çıxıb.

    Prosport.Az-ın Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yarımfinalda 60 kq çəki dərəcəsində yeniyetmələr arasında ikiqat dünya çempionumuz Nihad Məmişov Zakarie Dijola (Fransa) Qızıl xalda qalib gəlib və finala çıxıb.

    Həmin çəkidə Fərid Qarayev isə bürünc medal üçün təsəlliverici görüşdə İsak Aşpizə qalib gəlib və mükafat üçün həlledici görüşə vəsiqə qazanıb.

    Beləliklə, böyük fasilədən sonra 60 kq çəki dərəcəsində Nihad Məmişov və 66 kq-da Məhəmməd Musayev finalda qızıl medal üçün mübarizə aparacaq. 60 kq-da Fərid Qarayev və 66 kq-da Nizami İmranov isə bürünc medal üçün tatamiyə çıxacaq.

    Qeyd edək ki, həlledici görüşlər Bakı vaxtı ilə saat 17:00-dan etibarən start götürəcək.

    16:04

    Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında oğlanlarımız uğurlu çıxışını davam etdirir.

    Prosport.Az-ın Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 1/4 finalda 60 kq çəki dərəcəsində yeniyetmələr arasında ikiqat dünya çempionumuz Nihad Məmişov Fərid Qarayevə Qızıl xalda ipponla qalib gəlib.

    Beləliklə, Nihad Məmişov yarımfinalda güləşəcək, Fərid Qarayev isə bürünc medal üçün təsəlliverici görüşə qatılacaq.

    15:30

    Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında oğlanlarımız uğurlu çıxışını davam etdirir.

    Prosport.Az-ın Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 1/4 finalda 66 kq çəki dərəcəsində Məhəmməd Musayev Nizami İmranova ipponla qalib gəlib.

    Məhəmməd Musayev yarımfinalda Tornike Qiqauriyə (Gürcüstan) çox erkən qalib gələrək finala çıxıb. Nizami İmranov isə bürünc medal üçün təsəlliverici yarışda İspaniyanı təmsil edən rusiyalı Batırxan Assanaliyevə ipponla qalib gəlib və mükafat üçün həlledici görüşə vəsiqə qazanıb.

    15:11

    Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında oğlanlarımız uğurlu çıxışını davam etdirir.

    Prosport.Az-ın Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 1/8 finalda 4 oğlan cüdoçumuz qalib gəlib.

    60 kq çəki dərəcəsində yeniyetmələr arasında ikiqat dünya çempionumuz Nihad Məmişov Qor Səfəryana (Ermənistan) ipponla, Fərid Qarayev isə Ferens Fedoraya (Macarıstan) vaza-ari ilə qalib gəlib. İlk mərhələdən azad olan hər iki cüdoçumuz 1/4 finalda bir-biri ilə qarşılaşacaq. 

    Çox cüdoçunun yarışdığı 66 kq çəki dərəcəsində isə Məhəmməd Musayev Luka Riçardsona (Niderland) vaza-ari ilə və Nizami İmranov Adam Mayora (Macarıstan) yuko ilə qalib gəlib. Onlar da 1/4 finalda yarımfinala çıxmaq üçün mübarizə aparacaq.

    Bu gün mərhələ adlamış yeganə qız cüdoçumuz olan Xədicə Qədəşova (52 kq) isə turnirlə medalsız vidalaşıb. O, Karina Klaus-Şternvizaya (Avstriiya) ipponla uduzub.

    Qeyd edək ki, bu gün mübarizəyə qoşulan cüdoçularımızdan Fəridə Mirzəyeva (48 kq) və Aydan Vəliyeva (52 kq) ilk görüşdəcə uduzub.

    Xatırladaq ki, qitə birinciliyində Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunur. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Yarışda 43 ölkədən 367 idmançı (202 oğlan, 165 qız) iştirak edir.

    13:23

    Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.

    Prosport.Az-ın Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün yarışa 1/16 finaldan qoşulan 7 cüdoçumuzdan 2-si yarışla erkən vidalaşıb.

    Belə ki, 48 kq çəki dərəcəsində Fəridə Mirzəyeva debütdəcə uduzub. O, Viktoriya Slazoka (Polşa) yuko xalı ilə uduzub.

    52 kq çəki dərəcəsində perspektiv vəd edən cüdoçumuz Aydan Vəliyeva da uğursuzluqla üzləşib. O, Klara Ertenə (Almaniya) yuko ilə yenilib. Azərbaycanın qadın cüdosunun ilk dünya çempionu olan Xədicə Qədəşova isə bu çəkidə uğurlu start verib. O, Nino Tatrişviliyə (Gürcüstan) ipponla qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

    Oğlanların yarışında isə 66 kq çəkidə çıxış edən 2 cüdoçumuz uğurlu başlanğıc edib. Məhəmməd Musayev Edvard Yakimova (Estoniya) ipponla, Nizami İmranov isə Yakub Kurovskiyə (Polşa) vaza-ari ilə qalib gəlib.

    Qeyd edək ki, bu gün daha 2 cüdoçumuz Nihad Məmişov və Fərid Qarayev 1/8 finaldan mübarizəyə qoşulacaq. Onların hər ikisi 60 kq-da mübarizə aparır.

    Xatırladaq ki, qitə birinciliyində Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunur. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Yarışda 43 ölkədən 367 idmançı (202 oğlan, 165 qız) iştirak edir.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved