Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Piastri liderliyini qoruyur, Norris podiumdan kənarda
    1.09.2025 14:34:30

    Yay fasiləsindən sonra “Formula-1” komandaları Niderlandın Zandfort avtodromunda yarışa çıxıblar.

    Prosport.Az xəbər verir ki, son 4 ilin çempionu Maks Ferstappenin vətəninə azarkeşlər axın etsə də, diqqət “McLaren” sürücüləri – Oskar Piastri və Lando Norrisin üzərində olub.

    Cümə və şənbə məşqlərində “McLaren” sürücüləri sürətləri ilə diqqət çəkib. Sıralanma turunda isə Lando səhvə yol verərək poulu əldən verib, Oskar Piastri isə tarixi bir nəticə ilə birinci yeri tutub. "Red Bull" sürücüləri Maks Ferstappen və Ayzek Həcər sırasıyla 3-cü və 4-cü olub.

    Yarış startından maraqlı olub: Maks və Şarl Lekler mövqelərini dəyişsələr də, 8-ci dövrədə Lando vəziyyəti bərpa edib. Trasın çətin 3-cü döngəsində Şarl Lekler səhv edib və Təhlükəsizlik Maşını trasa çıxıb. Pit-stop dalğaları və təkər strategiyaları liderlik uğrunda mübarizəni daha da gərginləşdirib. Kimi Antonelli cərimələr alıb, Lyuis Hemilton isə pitdən sonra təmas nəticəsində yarışı dayandırmalı olub.

    Finişə 6 dövrə qalmış Lando Norrisin maşınında tüstü yaranıb və britaniyalı sürücü trasın kənarında dayandırmalı olub. Beləliklə, Oskar Piastri liderliyi qoruyaraq mövsümdə 7-ci, karyerasında isə 9-cu qələbəsini qazanıb və Böyük Dəbilqəyə sahib çıxıb. Maks Ferstappen ikinci, Ayzek Həcər isə ilk podiumunu qazanaraq F1 tarixində bunu bacaran ən gənc sürücü olub.

    Corc Rassel podiumun bir addımlığında qalıb. Startda geridə olan Aleks Elbon 5-ci, Oliver Börman 6-cı olub. “Aston Martin” sürücüləri Lens Stroll və Fernando Alonso 7-ci və 8-ci yerləri tutublar. İlk onluğu Yuki Tsunoda və Esteban Okon tamamlayıb.

    Çempionatda Oskar Piastri liderliyini möhkəmlədib: 309 xal ilə Lando Norrisi 34 xal qabaqlayır. Maks Ferstappen isə 205 xalla üçüncü yerdədir. “McLaren” mühəndisləri kubok uğrunda əsas favorit kimi qalır. 

    Növbəti yarış Monza avtodromunda keçiriləcək, Azərbaycan Qran-prisinə isə 20 gün qalıb.

    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Bakıdakı dünya çempionatında həvəskar sumo qaydaları əsas götürüləcək

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved