Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Azərbaycana 74 kq-da ilk qızıl medalı gətirmək istəyirəm" - Turan Bayramov
    29.08.2025 18:18:47

    Sərbəst güləş üzrə milli komandanın üzvü Turan Bayramov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Ötən ilin sentyabrında çiyin əməliyyatına görə 5 ay yarışlardan kənarda qaldınız. Həmin zədəniz tam sağalıb?

    – Olimpiadadan sonra ilk yarışım bu ilin fevralında Belarusda keçirilən Aleksandr Medved turniri oldu. İyulda isə Macarıstanda təşkil edilən reytinq turnirində güləşdim. 5 aydan çox yarışlardan kənar qalmaq, təbii ki, öz sözünü deyirdi. Bir aydır ki, çiynim tam sağalıb. Yarışlarda tam gücümlə güləşməyə hazıram.

    – Türkiyədə keçirilən təlim-məşq toplanışı haqqında nə deyə bilərsiniz?

    – Hazırlıq prosesi çox gözəl keçdi. Kastamonudakı şərait yüksək səviyyədə idi. Türkiyə, Bəhreyn, Şimali Makedoniya, Rumıniya və Özbəkistan milli komandası ilə birgə toplanışda idik. Olduqca səmərəli toplanış oldu. Həm fiziki, həm də texniki-taktiki məşqlər keçdik. Daha çox fiziki hazırlığın artırılmasına diqqət yetirilsə də, xalça üzərində də məşqlər oldu. Bu toplanışı dünya çempionatı ərəfəsində çox faydalı hazırlıq prosesi kimi qiymətləndirirəm.

    – 24 yaşınız var. Bu yaşda artıq 2 Olimpiadada iştirak etmisiniz. Bu, hər idmançıya nəsib olmur. Necə fikirləşirsiniz, 2021, yoxsa 2024-cü ildə olimpiya medalı qazanmaq şansınız daha yüksək idi?

    – Bəli, şükürlər olsun ki, həm Tokio, həm də Paris Olimpiya Oyunlarında iştirak etdim. Fikrimcə, son Olimpiadada medal qazana bilərdim. Çünki yüksək səviyyədə hazırlaşmışdım. Təlim-məşq toplanışlarında əlimdən gələni etmişdim. Məşqçilərimiz də bu cür fikirləşirdi. Çermen Valiyevlə görüşdə son saniyədə boşalmağım mənə çox baha başa gəldi. Medalsız qaldım. Çermen güclü rəqib idi. İnanıram ki, bundan sonra o səhvləri etmərəm. Mənim üçün çox böyük təcrübə oldu.

    – Bir çox güləşsevərlər belə düşünür ki, böyüklər arasında yeniyetmə və gənclik illərindəki qədər hücum üslubunda güləşmirsiniz. Bu barədə nə deyə bilərsiniz?

    – Mənə də bu sualı çox verirlər. Yeniyetmə və gənclərdə 65 kq-da güləşirdim. Uzun müddət eyni çəkidə güləşdiyim üçün həmin kateqoriyanın tempinə və gücünə uyğunlaşmışdım. Sonra birdən-birə 74 kq-a qalxdım. Bununla da rəqiblərin səviyyəsi də qalxdı. Avropa və dünya çempionatlarında öz sözünü demiş idmançılar idi. Kənardan elə görsənir ki, dayanıram, fənd işlətmirəm. Amma bu, belə deyil. Nəzərə almaq lazımdır ki, 74 kq sərbəst güləşdə ən çətin, ən rəqabətli çəki dərəcəsidir. Rəqiblərin hamısı bir-birindən güclü, təcrübəli güləşçilərdir. İki Olimpiadada güləşmişəm. Avropa çempionatından medalım var. İslam Oyunlarının qalibi olmuşam. Artıq bu çəkidə öz sözümü deməyin vaxtı çatıb. Buna görə hücum üslubuna keçməliyəm. İnşallah, növbəti yarışlarda belə olacaq.

    – Məşqlərdə ən çox nəyin üzərində işləyirsiniz? Hansı boşluqlarınızı və ya çatışmazlıqlarınızı aradan qaldırmağa çalışırsınız?

    – Məşqlərdə ən çox sevimli fəndlərim üzərində işləməyi xoşlayıram. Daha çox rəqibin ayağına hücum edib xal almağa çalışıram. Qoldan atmaların üzərində də işləyirəm.

    – Qarşıdan ən güclü güləşçilərin mübarizə aparacağı dünya çempionatı gəlir. Əsas rəqiblər kimlər olacaq?

    – Zaurbek Sidakov, Çermen Valiyev və Taymuraz Salkazanovun adını çəkə bilərəm. İran, ABŞ və Yaponiya idmançıları da güclü rəqiblərdir.

    – Onların görüşlərinə baxıb, zəif-güclü tərəflərinizi təhlil edirsinizmi?

    – Əlbəttə. Əksəriyyətilə güləşmişəm. Güləş üslublarına bələdəm. Amma yenə də hər gün təhlillər aparıram, güləşlərinə baxıram. Hər birinin özünəməxsus üstünlükləri, fəndləri var. Dünya çempionatı ərəfəsində buna uyğun məşqlər etməyə çalışıram.

    – Qeyd etdiniz ki, 74 kq ən çətin çəki dərəcəsidir. Belə ağır rəqabətdə hədəfiniz nədir?

    – Hədəfim dünya çempionu olmaqdır. Çünki bu, mənim uşaqlıqdan qurduğum xəyaldır. Dünyanın ən çətin çəkisində çempion olub, Azərbaycana 74 kq-da ilk qızıl medalı gətirmək istəyirəm. İlllərdir bu çəkidə rus və amerikalı güləşçilərin hegemonluğu gedir. Buna son qoymaq üçün əlimdən gələni edəcəyəm.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved