Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Xəzər Lənkəran"ın sabiq futbolçusu məşqçim olub" – Premyer Liqanın qapısında top görməyən qapıçısı
    27.08.2025 09:02:02

    "İmişli"nin qapıçısı Andrey Sinenko son 2 turda qapısında top keçirməyən 2 qapıçıdan biridir (ilk matçda qolu onun yerinə daxil olan qapıçı buraxıb). 1,91 metr boya malik olan 28 yaşlı qapıçı ilk dəfə Azərbaycana millimizin sabiq qapıçısı, 2023/24 mövsümündə I Liqada çıxış etmiş "İrəvan"ın qolkiperlərlə iş üzrə məşqçisi Aleksandr Jidkovun dəvəti ilə gəlib. 

    Prosport.Az belaruslu qapıçıdan müsahibə götürüb.

    – "Neftçi" ilə oyunda 1 xal qazandınız. Oyunu necə şərh edərdiniz?
    – Çətin oyun oldu. "Neftçi" Azərbaycanın statuslu komandasıdır. Bilirdik ki, asan olmayacaq. Ona görə oyuna ciddi hazırlaşmışdıq və rəqibə qarşı layiqincə mübarizə apardıq. Onların da qol imkanları oldu, bizim də.

    – Çoxları düşünürdü ki, "İmişli" bu mövsüm autsayder olacaq. Lakin ilk 2 turda iddialı komandalara qarşı oynamağınıza baxmayaraq, layiqli mübarizə apardınız. "Turan Tovuz"a son saniyədə məğlub oldunuz, "Neftçi"dən xal aldınız. Növbəti turda isə "Sabah"la üz-üzə gəlirsiniz...
    – Düşünürəm ki, ambisiyalı komanda yığılıb, ambisiyalı rəhbərliyimiz və məşqçilər korpusumuz var. Hər kəs eyni məqsəd üçün vuruşur. Dəqiq deyirəm ki, autsayder olmayacayıq. Biz rəqiblərdən qorxmalı deyilik, qoy onlar bizdən qorxsun.

    – Qarşınıza qoyulan əsas hədəf nədir?
    – Komandamızın rəhbərliyi və baş məşqçimiz ictimaiyyətə hədəflərimizin nə olduğunu açıqlayıbsa, mənim əlavə nə isə demək səlahiyyətim yoxdur.

    – "Turan Tovuz"la oyunda zədə aldınız və sanki ciddi zədəyə oxşayırdı. Ciddi bir şey vardı? Hazırda durumunuz necədir?
    – Hər şey qaydasındadır, heç bir problem yoxdur.

    – Deyirlər ki, sizin ilk 2 turda seyvləriniz olmasaydı, komanda daha böyük hesabla uduza bilərdi. Öz çıxışınız haqda nə deyə bilərsiniz?
    – Şadam ki, komandaya faydam dəyir (gülür). İlk xalımızı götürdük və yolumuza davam etməliyik. Eyni zamanda səhvlərimizi də təhlil edib nəticə çıxarmalıyıq. Təhlil etməliyik ki, niyə bu səhvləri etdik, niyə qapımız qarşısında bu epizodlar yarandı. Təhlil edib çarəsini tapmalıyıq ki, növbəti oyunlarda bunların sayı daha az olsun.

    – Keçən mövsüm I Liqada çıxış edirdiniz. Həmin liqa ilə Premyer Liqanı müqayisə edəndə hansı səviyyə fərqi var?
    – Təbii ki, Premyer Liqanın səviyyəsi yüksəkdir. Mən Belarus Premyer Liqasında oynamışam. I Liqada Azərbaycanda oynadım və mənim üçün çətin oldu. Çünki hər komandanın özünəməxsus oyun üslubu var idi. Artıq I Liqa keçmişdə qalıb.

    – Azərbaycan çempionatında daha öncə də belaruslu futbolçular çıxış edib. "Kəpəz"də kapitan olan Yeqor Xvalko yenicə Azərbaycanı tərk etdi. Yaxın keçmişdə isə karyerasını "Xəzər Lənkəran"da bitirmiş həmkarınız Aleksandr Martyoşkinin adını çəkə bilərik. Onunla tanışlığınız var?
    – Əlbəttə ki, var. Martyoşkin məni Minsk "Dinamo"suna götürən şəxsdir. Onunla şəxsi tanışlığımız var, 2 il bir yerdə işləmişik, mənim məşqçim olub. Onun yetirməsi sayılıram. Azərbaycan klubuna ("İrəvan"ı nəzərdə tutur – S.M.) məni məsləhət görən də o olub. "Zirə"dəki Yeqor Boqomolski ilə də Belarusda eyni komandada – "Rux"da (Brest) oynamışıq. Ancaq 2022-ci ildə bu klub dağıldı. Boqomolski "Minsk"ə, mən də bir müddət klubsuz qaldıqdan sonra Minsk "Dinamo"suna keçdim, orada avrokuboklarda iştirak etdim. 

    – İlk 2 turda özünüzü yaxşı tərəfdən göstərmisiniz. Gələcəkdə daha iddialı komandalardan təklif olacağını gözləyirsiniz?
    – Bilirsiniz, insan plan qurur, qərarı Allah verir. Əgər gələcəkdə hansısa təklif olarsa, müzakirə etməyə gələr.

    Səbuhi Musa

    Müsahibə

    "Qarabağ"a transferim baş tutmadı" - Belaruslu qapıçı

    4.09.2026 12:10:32
    Müsahibə

    “Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev

    2.09.2026 18:51:59
    Güləş

    "İkiqat dünya çepionu olmaq istəyirəm" – Vüsal Əliyev

    31.08.2026 19:28:46
    Futbol

    "Qol epizodlarından istifadə edə bilmirik" - "Zirə"nin futbolçusu

    31.08.2026 14:12:41
    Futbol

    "Qarabağ"a qarşı məndə daha çox əsəb və qəzəb vardı" – Aleksey İsayev

    28.08.2026 16:49:30
    Müsahibə

    "Hər şeyi etdik, amma alınmadı" – Kadi

    28.08.2026 12:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved