Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "İmişli"nin hücumçusu "Qarabağ"ın almaq istədiyi Klovisdən danışdı: "O, Portuqaliyada özünü göstərə bilib"
    22.08.2025 13:04:01

    Misli Premyer Liqasının debütantı "İmişli"nin portuqaliyalı hücumçusu Dioqu Almeydanın Prosport.Az saytına müsahibəsi

    – İlk turda Şamaxıda "Turan Tovuz"u qəbul etdiniz. Rəqib və oyun barədə nə deyə bilərsiniz?
    – "Turan Tovuz" çox böyük komandadır. Yaxşı oynayırdılar. Ancaq biz də gözəl çıxış etdik. Müdafiə baxımından yaxşı oynadıq. Əks-hücumlar yarada bilirdik. Düzdür, matçın sonunda qol buraxdıq. Ancaq "Turan Tovuz" kimi komandaya qarşı belə oynaya biliriksə, deməli, yaxşı nəticə qazanmağa layiq komandayıq.

    – Süni örtüklü meydançada oynamaq çətin deyildi?
    – Əlbəttə ki, süni örtüklü meydançada oynamaq heç bir futbolçunun xoşuna gəlmir. Belədə daha çox təhlükəli futbol olur. Top daha da çox tullanır və onu ram etmək çətinliyə çevrilir. Portuqaliyada süni örtüklü meydançada matçlar keçirilmir. Amma bizim işimiz hara bizə verilibsə, orada məşq etmək və oynamaqdır.

    – Sizin transferinizin iyulun 26-da olduğunu eksklüziv olaraq bizim saytımız bildirsə də, klub bu keçidi avqustun 10-da etdi. Keçidin rəsmiləşməsi niyə bu qədər yubandı?
    – Çünki müqaviləmin detalları barədə son danışıqlar gedirdi. Sonda bütün detallarda razılaşdıq və müqaviləm rəsmiləşdi.

    – Bura gəlməzdən əvvəl tanıdığınız futbolçular vardı?
    – Bəli. Həmyerlilərim olan "Zirə"nin qapıçısı Tyaqu Silva və Mozambik millisində çıxış edən yarımmüdafiəçi Qimanı tanıyıram.

    – Bəs "İmişli"yə keçərkən məsləhət aldığınız futbolçular oldu? Məsələn, elə adını çəkdiyiniz portuqaliyalı futbolçulardan?
    – Xeyr, heç bir futbolçu ilə bu barədə söhbət etməmişdim. Əsas məsləhətçim menecerim olub. Təklif alan kimi ancaq onunla söhbət etmişəm, klub haqqında maraqlanmışam. Bütün təklifin detallarını onunla danışandan sonra razılığa gəlmişəm.

    – "Turan Tovuz"un Kabo Verde əsilli yeni yarımmüdafiəçisi David Tavarişlə "Benfika"nın B komandasında bir yerdə oynamısınız. Düzdür, sizinlə matçda zədəsinə görə qarşı-qarşıya gəlməyiniz baş tutmadı...
    – O, böyük oyunçudur. Ancaq tanımadığın yeni çempionata gəlib dərhal özünü göstərmək bir az çətindir. Onun özünü göstərmək üçün imkanı olacaq.

    – Son klubunuz Portuqaliyanın I Liqa təmsilçisi "Akademiku di Vizeu" olub. Orada çempionatımızın favoriti olan "Qarabağ"ın almaq istədiyi braziliyalı hücumçu Andre Klovis də çıxış edir. Bu futbolçu ilk turda – avqustun 10-da "Unian Leyriya"ya 2 qol vurdu. Onun barədə "Qarabağ" azarkeşlərinə nə deyə bilərsiniz?
    – Yaxşı hücumçudur. O artıq özünü Portuqaliyada göstərə bilib (2018-ci ildən Portuqaliya çempionatında oynayır). Qollar vurur, hücumçu keyfiyyətlərini göstərir. Ancaq əminəm ki, onun da yeni çempionata gəlib oynaya bilməsi üçün vaxta ehtiyacı olacaq.

    Səbuhi Musa

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved