Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yeni sədrimiz "Kəpəz"də çalışan hər kəsdən bunu tələb edir" - Adil Şükürov
    21.08.2025 13:51:41

    "Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir.

    - Adil müəllim, təxminən 1 illik fasilədən sonra yenidən “Kəpəz”ə qayıtdınız. Əvvəlki “Kəpəz”lə indiki arasında hansı fərqləri görürsünüz?

    - Yenidən bu böyük klubda olmaq çox qürurvericidir və məsuliyyətlidir. Yeni klub rəhbərliyinə təşəkkür edirəm ki, inanıb bu şansı mənə yenidən verdilər. İnşallah, mən də öz tərəfimdən onu deyə bilərəm ki, “Kəpəz”in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam. Bu mənim üçün bir prinsipdir və inşallah bu il “Kəpəz” əvvəlki olduğum dönəmin kollektivindən üstün olacaq. Bunun üçün başda sədrimiz Adil müəllim, eləcə də Fərman Əlizadə və idarə heyətinin digər üzvləri klubda istənilən imkanları təşkil ediblər. Futbolçuların inkişafı çox vacibdir və “Kəpəz”də də lazım olan şərait var. Komandanın bazası demək olar ki, tam olaraq əsas komandanın ixtiyarına verilib. Yaxın keçmişdə, mənim komandada olduğum dövrdə çox istəyirdim ki, məşqdən əvvəl və sonra komandanın qidalanması təmin olunsun. Komanda üzvləri mənim “Kəpəz”də oynadığım dövrlərdə olduğu kimi, əvvəlcədən bazaya gələrək otaqlarda istirahət edib məşqə çıxsınlar. Yeni rəhbərliyin gəlişindən sonra futbolçuların qidalanması təmin olunub. Komandanın bazada birlikdə daha çox vaxt keçirməsi kollektivin formalaşmasına səbəb olur. Bundan əlavə, sədrimiz bildirib ki, III MDB Oyunlarından sonra Akademiyanın məşq meydançalarında işıqlandırma işləri də həyata keçiriləcək.

    - Kluba yeni rəhbərlik gəlib. Yeni rəhbərliyin fəaliyyətindən sonra hansı dəyişikliklər müşahidə olunur?

    - Yeni rəhbərliyin gəlişindən sonra klubda hər kəs daha məsuliyyətli və nəticəyə yönəlik çalışmağa başlayıb. Sədrimiz “Kəpəz” komandasında çalışan hər kəsdən bunu tələb edir və bunun üçün klubda şərait formalaşdırıb. Klubda struktur dəyişikliyindən tutmuş, əsas komandaya verilən dəstəyə qədər hər şey təmin edilib. Akademiya məşqçiləri üçün də əlavə dəstək olunub. Biz də bunun qarşılığında daha çox çalışaraq rəhbərliyin klubda olan istəklərini həyata keçirəcəyik.

    -  Heyətin formalaşdırılması və futbolçuların seçim prosesi necə həyata keçirilir? Bu iş kimlər tərəfindən aparılır?

    - Əsas komandanın futbolçularının seçilməsi məşqçilər heyəti tərəfdən aparılır. Gənc və yerli futbolçularla yanaşı, legioner oyunçuların sintezini formalaşdırmağa çalışırıq və bu prosesi davam etdiririk. Bu işdə İdarə Heyətinin üzvü Erkin İbrahimov bizə dəstək olur. Bəzi oyunçuların kollektivə qatılmasında gecikmələr oldu ki, bu da komanda oyununa təsirsiz ötüşmür. Bu da transfer məsələlərində normal haldır. Amma buna baxmayaraq, rəhbərliyin tapşırığını tam həyata keçirəcəyimə inanıram.

    - Transfer pəncərəsinin sonuna hələ vaxt var. Yeni oyunçuların komandaya cəlb olunması planlaşdırılırmı?

    - Bir neçə oyunçu ilə danışıqlarımız davam edir. Yaxın günlərdə bu məsələ də öz həllini tapacaq və ondan sonra biz çempionatda daha rəqabətədavamlı “Kəpəz” görəcəyik. Bunun üçün məşqçilər heyəti olaraq bütün gücümüzü sərf edirik. Sonda “Kəpəz” azarkeşlərinin, komandanı sevənlərin gözləntilərini doğruldacağımıza tam inanıram.

    Futbol

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07
    Futbol

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20
    Futbol

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57
    Futbol

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26
    Futbol

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05
    Futbol

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved