Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi medallar hərraca çıxarıldı – FOTOLAR
    20.08.2025 15:06:21

    Azərbaycanda 3 ədəd medal satışa çıxarılıb.

    Prosport.Az-ın xəbərinə görə, "Antik Hərrac" səhifəsində 3 ədəd – materialı latun və metaldan olan 94.73, 94.71 və 104.90 qramlıq medallar satışa hərraca qoyulub.

    Hərracın ilkin qiyməti kimi 10 manat qoyulub. Dünən hərraca çıxarılan medalları almaq istəyənlər üçün bu gün saat 23:00-da vaxt başa çatır.

    Məsələni araşdırmaq qərarına gəldik. Məlum oldu ki, bunlar Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi qızıl, gümüş və bürünc medallardır. 

    Bu medallardan biri 3-4 may, 2022-ci il tarixlərində bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinə aiddir. Gümüş medal 2022-ci ilin 27-29 mayında Şəkidə bədii gimnastika üzrə "28 May – Milli Müstəqillik Gününə həsr edilmiş dostluq yarışı"ndandır.

    Ən maraqlısı isə 3-cü – bürünc medaldır. Çünki bu medal 24-26 may 2019-cu ildə Bakıda keçirilmiş aerobika üzrə XI Avropa çempionatının medalıdır. Bu medalın azərbaycanlılardan kimə aid olmasını araşdırmaq qərarına gəldik. Üzə çıxardıq ki, həmin Avropa çempionatında Azərbaycanı “aerodans” proqramında təmsil edən Elçin Məmmədov, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli və Mədinə Mustafayeva qızıl medal qazanıb.

    Həmin vaxt bürünc medal qazanan idmançı və ölkələr bunlar olub: Antonio Papazov (Bolqarıstan, kişilərdə fərdi), Darina Paşova (Bolqarıstan, qadınlarda fərdi), Rumıniya (qarışıq cütlər, trio və aerodans), Rusiya (qrup hərəkətləri), Macarıstan (komanda). 

    Göründüyü kimi, bu medal Bolqarıstan, Rumıniya, Rusiya və Macarıstan idmançılarından birinin olub. Ehtimal etmək olar ki, həmin idmançılardan biri qazandığı medalı burada unudub və ya kiməsə hədiyyə edib.

    Yeri gəlmişkən, "Antik Hərrac" səhifəsində BP şirkətinin təşəbbüsü ilə Azərbaycan olimpiya çempionlarının şərəfinə buraxdığı açıqcalar da ilkin qiyməti 10 manatdan hərraca çıxarılıb. Bu açıqcalarda olimpiya çempionları – Nazim Hüseynov, Valeri Belenki, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, Şərif Şərifov və Toğrul Əsgərovun şəxsi imzaları var.

    Qeyd edək ki, BP 2022-ci ildə Milli Olimpiya Komitəsinin rəsmi tərəfdaşı kimi bu açıqcaları 30 illik yubiley münasibəti ilə buraxıb.

    Digər idman növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    20.07.2026 12:15:07
    Digər idman növləri

    Millimizün üzvü Avropa üçüncüsü oldu – FOTOLAR

    19.07.2026 23:08:47
    Stolüstü oyunlar

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22
    Digər idman növləri

    Azərbaycanda bu federasiyaya yeni baş katib təyin olundu

    16.07.2026 22:16:09
    Digər idman növləri

    Azərbaycan ilk dəfə bu idman növü üzrə Avropa çempionatında

    15.07.2026 21:43:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17

    "İmişli"yə əcnəbi məşqçi təyin olundu

    21.07.2026 16:23:36

    Azərbaycanlı futbolçu Xorvatiya nəhəngində baxışda olacaq - FOTO

    21.07.2026 16:00:09

    "100 faiz yeni transferlər olacaq" – Yuri Vernidub

    21.07.2026 15:42:43

    "Hazırda "Braqa" və ya başqa komandanı düşünmürük" - Emin Mahmudov

    21.07.2026 15:15:07

    Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı

    21.07.2026 14:46:06

    "İmişli" "Qarabağ"ı darmadağın etdi

    21.07.2026 14:13:33

    "Qəbələ"də nigeriyalı vinger

    21.07.2026 13:20:19

    "Şəfa" növbəti transferini reallaşdırdı

    21.07.2026 13:12:15

    Orxan Sadıqlının yeni klubu bilindi

    21.07.2026 12:42:55

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved