Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən Akademiyaya investisiyalarımızdan hələ də razı deyiləm" – Tahir Gözəl
    12.08.2025 23:16:39

    "Qarabağ"ın prezidenti Tahir Gözəl evdə Şimali Makedoniya "Şkendiya"sına 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.

    Prosport.Az xəbər verir ki, klub rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

    – "Qarabağ" tarixində 4-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Belə böyük hesablı qələbə gözləyirdiniz?
    – Rəqib komanda bizə qarşı Skopyedə çox gözəl oynamış, bizə çətin anlar yaşatmışdı. Səfərdə qələbə qazanmağımızda müdafiə xəttimiz çox önəmli rol oynamışdı. Bu gün isə məni ən çox sevindirən o oldu ki, yeni oyunçularımızın hamısını iş başında gördük. Onların arasında Azərbaycan futbolunun gələcək ulduzlarından Hikmət Cəbrayılzadəni də gördükdə xeyli məmnun oldum. Əlbəttə, bunu gözləmirdim. Hesab edirəm ki, bu gün Vətəndə, öz azarkeşlərimiz qarşısında oynamağın fərqini də göstərdik. Futbolçularımız meydana fərqli ab-havada çıxmışdılar. Məncə, bundan Azərbaycan qazandı. Biz də belə bir dəstək sayəsində xalqımıza qələbə sevinci bəxş etdik.

    – Rəqib sanki ilk qolu vurmaqla, arı yuvasına çomaq soxmuş kimi oldu, "Qarabağ"ın əsəbi ilə oynadı...
    – Bəli, eynilə elə oldu. Ən önəmlisi odur ki, buraxdığımız qoldan sonra azarkeşlərin "Qarabağ"a dəstəklərini eşitdinizmi? Böyük dəstək verərək, komandamızı ruhlandırdılar. Beləliklə, gözəl bir nəticə ilə istəyimizə çatdıq.

    – Çempionlar Liqasının pley-off mərhələsində hansı rəqibi görmək istərdiniz?
    – Məncə, Macarıstan "Ferensvaroş"u ciddi rəqibdir, dövlətdən və nüfuzlu insanlardan xüsusi dəstək görür, çox özəl yeri var, büdcə və imkanları genişdir. Amma biz də etdiyimiz gözəl transferlər və ən böyük dəyərlərimizdən olan sabit çıxışımızla seçilirik. Ötən illərdə qazandığımız və itirdiyimiz bizə təcrübə kimi miras qalıb. Baş məşqçimiz, heyətimiz, futbolçularımız eynidir. Bu "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığımız 2017/2018 mövsümündəki komanda deyil. Avropada çox böyük təcrübəyə malik komandamız var. İnanıram ki, rəqib qarşısına belə bir üstün keyfiyyətlərə malik komanda çıxacaq. Əsas mərhələyə tarixdə heç vaxt indiki qədər yaxınlaşmamışıq. Komandamızın bunun fərqində olduğunu və arzularımıza çatacağımızı güman edirəm. İnşallah, "Liverpul"u, PSJ-ni Bakıda qəbul edəcəyik və futbol bayramı yaşayacağıq.

    – Hücumçu transferində nə yenilik var?
    – Azarkeşlərə bunu deyə bilərəm ki, "Qarabağ"ın tarixindəki ən böyük büdcəni biz Qurban Qurbanova vermişik. Ancaq Qurban hocanın səbirli, təmkinli yanaşmasına biz çox ehtiramla yanaşırıq. Çünki orada səhv edə bilmərik. "Bayern" kimi klubların ən böyük uğuru odur ki, transferlərdə tələsmir, ehtiyatlı seçim edirlər. Biz də tələsməyəcəyik, bizə uyğun futbolçu olsa, dərhal alacağıq.

    – "Qarabağ"da elə sistem qurulub ki, hücumçusuz belə, istənilən futbolçu ilə fərqlənə bilir...
    – Tam razıyam. Çünki müdafiə və orta xətt işləyir. Yaxşı hücumçu alsaq, hesab edirəm ki, Avropa nəhəngləri ilə mübarizə aparmağa gücümüz çatacaq.

    – Portuqaliya mətbuatı Andre Klovisin "Qarabağ"la razılaşdığı və Bakıya gələcəyi yazılıb. Bu barədə nə deyə bilərsiniz?
    – Bu barədə məlumatım yoxdur.

    – Hikmət Cəbrayılzadənin avrokubokda debütü sizi nə dərəcədə qane etdi?
    – Biz buna ilk addım kimi baxırıq. Hikmətin fiziki durumu, intizamı, əxlaqı və istedadı bizi qane edir. Mən və məşqçilər onda böyük istedad görürük. Bəlkə də Azərbaycanda 10-15 ildə doğulan nadir talantlardan biridir. Amma bu istedad özünü gələcəkdə göstərəcəkmi, bunu zaman və Hikmət bizə göstərəcək. Hikmətdə "Qarabağ"a lazım olan bütün cəhətlər var.

    – Deyə bilərikmi, 2-ci Nəriman Axundzadə və ya ondan daha yaxşısı yetişir?
    – Güman edirəm ki, o tarixə düşə biləcək oyunçu ola bilər.

    – Hikmətlərin yetişməsinə görə "Qarabağ" Akademiyasının iş fəaliyyətini qənaətbəxş hesab etmək olar?
    – Mən Akademiyaya investisiyalarımızdan hələ də razı deyiləm. Hikmətlər çıxır, ancaq bu o demək deyil ki, biz rəhbərlik olaraq yaxşı iş görmüşük. Aftandil Hacıyev və məşqçilər heyəti əla işləyir. Ancaq klub rəhbəri olaraq biz onlara istədiyi şəraiti yarada bilməmişik. Hələ də Akademiya üçün yer tapa bilməmişik.

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Futbol

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Akademiya

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Futbol

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved