Azərbaycan əsilli atlet Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu olub.
Prosport.Az xəbər verir ki, "Fənərbaxça" klubuna məxsus olan idmançı 200 metr məsafəyə qaçışda 1-ci yeri tutub.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.

