“Red Bull” komandasının pilotu Maks Ferstapen "Formula 1" üzrə dünya çempionatının X turu olan Böyük Britaniya Qran Prisinin qalibi olub.
Prosport.Az xəbər verir ki, 2-ci yeri “McLaren”dən britaniyalı Lando Noris tutub.
3-cü yerdə “Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton qərarlaşıb.
Qran Prinin növbəti mərhələsi iyulun 21-dən 23-dək Macarıstanda keçiriləcək.

