Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandamız Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Prosport.Az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.
Təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi 4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
