Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (88 kq) İspaniyanın paytaxtı Madriddə təşkil olunan U-15 Avropa çempionatında 2 gümüş medal qazanıb.
Prosport.Az xəbər verir ki, son yarış günündə mübarizəyə qoşulan idmançı birdənqaldırma hərəkətində 122 kq nəticə ilə ikinci olub. Daha sonra təkanlaqaldırma hərəkətində 147 kq çəkininin öhdəsindən gəlib.
2 hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet yenidən gümüş medal qazanıb.
Qeyd edək ki, bu çəki dərəcəsində yarışmış digər təmsilçimiz Ayxan Məmmədov toplamda 218 kq (102+116) nəticə ilə Avropa çempionatını 6-cı pillədə başa vurub.