Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bizim mənəviyyatımız başqadır" – Tahir Gözəl Bekaliyə belə cavab verdi
    31.07.2025 10:26:38

    "Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının "Şelburn"la (İrlandiya) 1:0 başa çatan matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az-ın əməkdaşının da suallar verdiyi həmin müsahibəni təqdim edirik: 

    – 2 oyunun nəticəsinə görə, "Qarabağ" mərhələ adladı. Komanda sizə necə təsir bağışladı?
    – Komandamızın çıxışını çox müsbət qiymətləndirirəm. Gözəl oyun oldu. Əsas məsələ odur ki, zədə problemi ilə üzləşmədik. Səfər matçından gözəl nəticə ilə qayıtmışdıq. Burada da tərtəmiz qələbə qazandıq. Baxmayaraq ki, penaltini qaçırdıq, keçmiş olsun. Klub prezidenti kimi yeni futbolçuların durumundan razı qaldım. Düzdür, Dani Bolt zədələndiyi üçün bu matçda görə bilmədik. Amma hesab edirəm ki, çox gözəl transferlər edilib. Qurban Qurbanov bu işlə məşğuldur, daha 2 transfer istəyib, biz də dəstək veririk. Onun seçim aparmasını, bəyənməsini səbirsizliklə gözləyirik. Hədəfimiz odur ki, Çempionlar Liqasında əsas mərhələyə çıxaq.

    – 2 transferdən biri hücum xəttinədir. Bəs digəri?
    – Digəri hücumameyilli mərkəz oyunçusu olmalıdır.

    – "Turan Tovuz"un sabiq hücumçunuz İbrahima Vadji ilə anlaşdığı yazılıb. Sizin seneqallı forvardla təmasınız olmuşdu?
    – Bu danışıq detalında mən yoxam (gülür). Əsas mənim üçün transfer edilən 4 yeni oyunçudur. Mən Qurban Qurbanovu yeni transferlərə görə təbrik etmək istəyirəm. Doğrudan da "Qarabağ"ın bir dəst-xətti, oyun tərzi var. Yeni transferlər də bu sistemə uyğundur. Mən buna sevinirəm. Güman edirəm ki, hücumçu və hücumameylli yarımmüdafiəçi transferimiz də edilsə, mövsümə tam hazır olacağıq və Çempionlar Liqasının qrup mərhələsində oynadığımız 2017/2018 mövsümünü təkrarlayacağıq. 

    – Komanda artıq UEFA Konfrans Liqasında qrup mərhələsini təmin etdi...
    – Əlbəttə. Amma hədəfimiz daha yuxarıdır. Bu, "Qarabağ"ın gəliri üçün də çox önəmlidir. Maliyyə vəziyyətimiz keyfiyyətli oyunçular gətirməyə də imkan verəcək. "Azərsun" əla sponsordur. İllərdir ki, bizi dəstəkləyirlər. "Qarabağ" klubu da çalışır ki, müstəqil olsun, sponsordan asılı olmasın. Müstəqillik hər kəsə xoşdur. Klub olaraq, biz də istəyirik ki, özümüzü öz gəlirlərimizlə idarə edək.

    – "Styaua"nın sahibi Cici Bekali "Qarabağ" haqda qıcıq doğuracaq fikir səsləndirmişdi. Sizin həmkarınız sayılır. Ona cavab vermək fikriniz var?
    – Mən də Qurban hocanın sözlərinə qoşuluram. Sözümüz varsa, onu meydanda deyəcəyik. Bunu əməllə göstərəcəyik. Bizə yaraşmaz. Fərqli insanlarıq. Bizim mənəviyyatımız başqadır. Dünyanı başqa cür görürük.

    – Şimali Makedoniyaya, yoxsa Rumıniyaya getmək istərdiniz (bu sual veriləndə FKSB – "Şkendiya" görüşü başa çatmamışdı)?
    – Bizə fərqi yoxdur. Hər ikisinə də hazırıq. Ötən mövsümkü revanş baxımından FKSB-ni istərdim. Ancaq komandamı yerində izləmək üçün Şimali Makedoniya klubu ilə düşməyimiz yaxşı olardı. Çünki bazar ertəsi Şimali Makedoniyada önəmli iş görüşməm var. Ancaq Rumıniya klubu ilə düşsək də, mənəvi cəhətdən onlarla qarşılaşmaqdan zövq alacağam.

    Səbuhi Musa

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved